Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərə nümunəvi xidmət göstərilir
Tarix: 02.06.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə, o cümlədən muxtar respublikamızda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan muxtar respublikanın nəqliyyat problemlərinin həllinə həmişə xüsusi diqqət yetirib, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilib. Ötən əsrin 90-cı illərində qədim diyarı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndərimiz limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürüb və bu iş qısa müddətdə həyata keçirilib. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirib. Bununla əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olub. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də muxtar respublikada aviasiya sahəsində kompleks tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır. 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilib. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını müasir inkişaf mərhələsinə çıxarıb. Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası və 2015-ci ildə “Şərq terminalı” istifadəyə verilib.
Aerovağzal kompleksinin yenidən qurulması işləri 2016-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə “Qərb terminalı”nın istifadəyə verilməsi ilə yekunlaşıb. Həm “Şərq”, həm də “Qərb” terminallarının yenidən qurulması zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Assosiasiyasının tələb və tövsiyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunub. Aerovağzal kompleksinin yenidən qurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynayıb. Hava limanının hər iki terminalında beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir. Terminal binasının birinci mərtəbəsində hərbi qulluqçular üçün zal, tibb məntəqəsi, hər iki mərtəbədə ana və uşaq otaqları istifadəyə verilib, digər xidmət sahələrinin fəaliyyəti təmin edilib.
Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad və Şərur şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilib, sərnişinlərin rahatlığı və xidmət səviyyəsi yüksəldilib. Hazırda hava limanının Karqo yük terminalında yenidənqurma işləri aparılır. Hava gəmilərinə xidmət edən yerüstü texnikanın, əl yükü və baqajların yoxlanması üçün texniki vasitələrin sazlığına daim diqqət yetirilir. Qış aylarında muxtar respublikada havaların soyuq və qarlı keçməsinə baxmayaraq, uçuşların intensivliyi və təhlükəsizliyi tərtib olunmuş proqram əsasında təmin edilir.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşların təhlükəsizliyinin təmin olunması və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərilməsinə imkan verir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info