“Cənub Qaz Dəhlizi“ - Yeni oyunun başlanğıcı və ya maraqlar uğrunda mübarizə
Tarix: 03.06.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


"Xəzər dənizindən Gürcüstan və Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" nəinki layihə iştirakçıları, bütün region üçün geniş imkanlar yaradır. Bu layihə iqtisadi maraqdan əlavə siyasi maraqlar uğrunda da yeni oyunun başlanğıcı deməkdir".
Bu barədə Milli.Az-a siyasi analitik Cavid Məmmədzadə bildirib.
Onun sözlərinə görə, bu enerji layihəsinin Azərbaycan üçün iqtisadi və siyasi xeyri çoxdur: "Əvvəla, Azərbaycan növbəti dəfə dünyaya sübut edir ki, ona etimad göstərmək olar. Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz boru kəmərləri buna bariz nümunədir. Neft-qaz layihələri ilə yanaşı, Avropa və Asiya arasında olan ən qısa marşrut Bakı-Tbilisi-Qars dəmir yolu bir müddət sonra tam həcmdə fəaliyyətə başlayacaq ki, bu da yük daşınmalarının vaxtını xeyli qısaldacaq. Bununla da, Bakının təşəbbüsü ilə reallaşan regional layihələr onun nüfuzunun beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi artmasına xidmət edir. Məhz buna görə də Prezident İlham Əliyev 2050-ci ilədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə müqavilənin uzadılmasının vacibliyini vurğulamışdı".
Siyasətşünas hesab edir ki, Azərbaycan uzunmüddətli neft-qaz əməkdaşlığı və Avropanın enerji təhlükəsizliyinin qismən təmin edilməsi ilə yanaşı, siyasi təsir vasitəsi qazanır: "Məsələn, müəyyən məsələlərdə Azərbaycana qarşı mövqe tutan bəzi Avropa institutları və siyasətçiləri tərəfindən tənqidin həddi kəskin azala bilər. Bununla belə, Azərbaycan üçün Avropada, xüsusi ilə də Şərqi Avropa ölkələrində öz siyasi maraqlarını yürütmək nisbətən asan olacaq. Bundan əlavə, "Cənub Qaz Dəhlizi" enerji layihəsi Avropa İttifaqı ilə sazişdə yeni danışıqlar formatını ortaya çıxarır, Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyi isə əməkdaşlıq üçün daha əlverişli imkanlar yaradır".
Bunula belə C.Məmmədzadə qeyd edib ki, Avropanın qaz bazarının tam diversifikasiyası üçün Azərbaycan qazı kifayət etmir: "Bunu Azərbaycanda və Avropa İttifaqında çox yaxşı anlayırlar. Buna baxmayaraq, Aİ-nin Rusiyadan olan enerji asılılığını azaltmaq arzusu o qədər böyükdür ki, Avropa İnvestisiya Bankı "Cənub Qaz Dəhlizinə" öz tarixində ən maksimal dərəcəli kreditini ayırıb. İlkin olaraq Aİ-nin çoxdan maraq göstərdiyi İranın qaz yataqlarından gələn marşrut onlar üçün ən ideal variant olardı ki, avropalılar ABŞ-a məhəl qoymayaraq İİR-i bir neçə dəfə enerji layihəsinə cəlb etmək istəyib. Təbii ki, Aİ bunu reallaşdıra bilmədi və hazırda başqa dövləti "Cənub Qaz Dəhlizinə" cəlb etməli olacaq. Buna görə də, layihədə Türkmənistanın iştirak etmə imkanlarına baxılacaq".
Lakin analitikin fikrincə, qarşıda müəyyən çətinliklər də ortaya çıxa bilər: "Xəzər dənizinin dibi ilə sualtı boru kəmərinin tikintisinə "ekoloji səbəblərdən" Rusiya və İran etiraz etməsəydi, Türkmənistanın qaz dəhlizinə qoşulmasını tamamilə mümkün hesab etmək olardı. Buna baxmayaraq, Xəzəryanı dövlətlər Xəzər dənizinin sektoral prinsip üzrə bölünməsi barədə demək olar ki, razılığa gəliblər və status haqda konvensiyanı cari ilin sonunadək Astanada qəbul etməyi planlaşdırılır.Bu isə o deməkdir ki, Rusiya ilə İran öz mövqelərində qalsalar belə, Türkmənistanla Azərbaycanı birləşdirəcək kəmərin tikintisi ehtimalı artır. Bir tərəfdən, türkmən qazı Bakı üçün ciddi rəqabət təşkil edir, digər tərəfdən isə qaz bazarının tam diversifikasiyası üçün çox önəmlidir.
Üstəlik, Azərbaycan Ermənistanın regionda sabitliyi pozacaq təxribatlarına da hazır olmalıdır.
Həmçinin, bəzi Avropa siyasi partiyalarının və siyasətçilərinin "Cənubi Qaz Dəhlizinin" son çatdırılma məntəqəsi olan Transadriatik boru kəmərinə (TAP) qarşı çıxış edəcəkləri mümkündür. Təbii ki, bu etirazlar "ekoloji təhlükə", "yerli əhalinin narazılığı" və bir sıra süni şəkildə yaradılan səbəblərə istinad edəcək. Layihənin həyata keçirilməsinə mane olmaq cəhdləri ilə Türkiyə də qarşılaşa bilər. Belə ki, layihəyə qarşı olanlar kürd faktoru ilə bağlı regionda qeyri-sabit vəziyyətə istinad edərək siyasi rəyi dəyişdirməyə cəhd göstərə bilərlər. Lakin Türkiyə "Cənubi Qaz Dəhlizi" və Rusiyadan gələn "Mavi axın" və "Türk axını" hesabına qazın paylaşdırma mərkəzinə çevriləcək".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info