Arxeoloji tədqiqatlar bütün regionları əhatələyəcək
Tarix: 11.06.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


İyulun 1-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ölkənin bütün regionlarında arxeoloji tədqiqat işləri aparacaq.
Bu barədə AMEA Arxeologiya və Etnoqrafi ya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, iyulun 1-dən başlanacaq arxeoloji tədqiqat işləri zamanı 35-40 ekspedisiya regionların hamısını əhatə edəcək. Q. Ağayevin sözlərinə görə, ekspertizaların aparılması müəyyən vaxt tələb edir: “Elə ekspertizalar var ki, abidələrin axtarılmasına 15-30 gün vaxt sərf edilir. Amma qazıntı işləri 2-3 ay vaxt aparır. İlboyu davam edən ekspertizalar da olur, lakin bunlar Azərbaycanda tək-təkdir. Mən özüm Naxçıvandakı Şahtaxtı abidəsində tədqiqat aparacağam. Bu abidə müxtəlif dövrləri özündə birləşdirən intensiv yaşayış yeri olmaqla nəinki Qafqazda, bəlkə də dünyada yeganə abidələrdən biridir ki, bu günə kimi burada insanlar yerlərini dəyişməyiblər”. Q.Ağayev qeyd edib ki, tədqiqat işlərinin nəticələrinə əsasən regionlar üzrə yeniliklər məlum olacaq.





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info