Özbək ədəbiyyatına dair Azərbaycan və özbək dilində çapdan çıxan kitabın təqdimatı keçiriləcək
Tarix: 04.06.2018 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi olaraq Azərbaycan ədəbiyyatına dair əsərlərin Özbək dilində, Özbək ədəbiyyatına aid əsərlərin isə Azərbaycan dilində nəşrinə dəstək olur və bu istiqamətdə son 5 ildə
49 adda kitab Daşkənddə işıq üzü görüb.
Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə “Узбек шеърияти гулчамбари” adlı kitab Daşkənddə “Extremum – press” nəşriyyatında yenicə çapdan çıxıb.
Nəşr ilk layihələrdəndir ki, Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində bir kitabda oxuculara təqdim edilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə nəşrin əsas məqsədinin Azərbaycan oxucusuna, ədəbiyyatşünaslarına Özbək ədəbiyyatını yaxından tanış etmək, XX-XXI əsrdə öz yaradıcılıqları ilə fərqlənən və ölməz əsərlər yaradan qardaş Özbək xalqının poeziyasını təbliğ etməkdir.
Samir Abbasov Azərbaycanda türk dünyasının zəngin ədəbi mühiti olan Özbəkistana, onun yaradıcı şəxslərinin həyatına böyük maraq olduğunu qeyd edərək, gələcəkdə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin bu cür layihələrə dəstəyinin davam etdiriləcəyini bildirib. Natiq vurğulayıb ki, artıq Azərbaycanda Özbək ədəbiyyatı geniş tədqiq edilir, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış “Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr şöbəsi”ndə bu istiqamətdə tədqiqatlar aparılır.
Qeyd edək ki, “Узбек шеърияти гулчамбари” adlı kitabın Daşkənddə çapdan çıxması qardaş ölkədə ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanıb.
Sözügedən kitaba marağı və nəşrin əhəmiyyətini nəzərə alaraq, cari il 13 iyun tarixində saat 16:00-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Nəşrin tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.


Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Böyük yeddilik sammitinin açılışı olub
25.08.2019
“Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu“
24.08.2019
Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib
24.08.2019
Donald Tramp Çin mәhsullarına rüsumları artırmağı planlaşdırır
24.08.2019
Türkiyә ‘‘Pәncә 3’’ әmәliyyatına başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info