Uşaqlar talassemiya xəstəsi Tunar üçün birləşərək dəstək oldular
Tarix: 04.06.2018 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


“DəcəlBalam” MMC daxilində yaranmış Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkmilləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə uşaqlar və böyüklər “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsi çərçivəsində 31 may tarixində “ Qızıl Qaya” restoranında ağır beta talassemiya xəstəsi Tunar üçün birləşdilər. “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsinin əsas məqsədi uşaqlarının hüquqlarının qorunması və müdafiəsi ilə bağlıdı. Hər bir uşaq dinindən, cinsindən, fiziki və əqli geriliyindən asılı olmayaraq hər birinin hüquqları eyni və eyni mühitdə təhsil almalı, əylənməli və inkişaf etməlidir. Bu layihədə də şəkərli –diabetli, talassemiyalı, fiziki qüsurlu, valideyn himayəsindən məhrum və tipik uşaqlar hamısı bir arada əylənərək Tunar balaya dəstək oldular.
Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin həyata keçirdiyi “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsi çərçivəsində tədbirin ərsəyə gəlməsində təşkilatı dəstək Güzgü Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri Fərqanə Mehmanqızı, ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova , Təbriz Tədris Mərkəzinin rəhbəri Aynur Salmanova, psixoloq Vüsalə Əmiraslanova, Menar Sahil Mərkəzinin rəhbəri Əfsanə Fərəcullayeva , dietoloq Sevinc Həsənzadə, Canana&Legend Beauty Studio rəhbəri Canana xanım, AREA – Azerbaijan Robotics Engineering Academy rəhbəri Rəhman Rəsulzadə, stilist Hüseyn Rəsulzadə hər zaman uşaqlara göstərdiyi qayğı və diqqət, xidmət və dəstəyə görə fəxri qonaqlar Kikboxing üzrə 23 qat Dünya çempionu Eduard Məmmədov, müğənni Xatirə İslam, Ahıllara və Tənhalara Yardım İctimai Birliyinin rəhbəri Ruhiyyə Məmmədova, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin rəhbəri şairə İradə Əlili, ictimai fəal Könül Ayxan, uşaq yazıçısı Reyhan Şıxlinskaya, aktyor Tural Əhməd, doktor Nurlan Məmmədov, öz çıxışları ilə uşaqları sevindirən sehirbaz Rasim İsgəndərli, müğənnilər “ART “ qrupu, “Gilavar” qrupu, Mirabbas Babayev və Milana Nəbiyeva və Dəcəl Balamın ən fəal üzvü Zəhra Muradova “ UŞAQLARIN DOSTU” mükafatına layiq görüldü. Mükafat alanlar sırasında hər zaman uşaqları dəstəkləyən media işçiləri və tədbirin aparıcısı Şirməmməd Hüseynov də yer aldı.
Azərbaycan Diabet Liqasının rəhbəri Yegana Sultana, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov, Azərbaycan Talassemiya Federasiyasının icraçı direktoru Gülgün Gündüz xanıma əməkdaşlığa görə xüsusi təşəkkür edirik.
Tunar böyük beta talassemiya xəstəsidir. 5 yaşı var. Anası və qardaşı ilə birgə Mərdəkan qəsəbəsində kirayədə yaşayır. Ata yoxdur. Baba Əfqanıstan əlili, nənə isə xadimə işləyir. Ilik köçürməsi lazımdı. Donor kimi balaca qardaşı Yusif uyğun gəlir.
31 may tarixində keçirilən tədbirdə hamı Tunar üçün birləşdi və sizi də birləşməyə dəvət edir. Tunarın psixoloji vəziyyəti onun diaqnostikasını və müalicəsini GÜZGÜ DƏYİŞİM VƏ İNKİŞAF MƏRKƏZİnin psixoloqu Cəmilə Yaşarqızı öz üzərinə götürdü.
Onun yaşamasında hər birimizin payı ola bilər.
MilliÖn aparatlarında :
Bank Xidmətləri – Kapital Bank – Karta Hesab artırma – Hesab nömrəsi 4169 7579 2072 7322- İrəli
Hesab uşağın anası Günay Əlizadə adınadır .
Əlaqə nömrəsi : Şəlalə Əlizadə ( uşağın nənəsi ) (+994 55) 460 94 64




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info