“Gənclik” ətrafındakı yeraltı tunel kompleksinin tikintisi yekunlaşmaq üzrədir
Tarix: 11.06.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“Akkord” korporasiyası “Gənclik” metro stansiyasının ətrafındakı «Qələbə meydanı» adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını yekunlaşdırmaq üzrədir. Şirkətdən verilən məlumata görə, aparılan işlərin gedişi ilə tanış olmaq üçün nəqliyyat naziri Ziya Məmmədov işlərin aparıldığı əraziyə gəlib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tərəfindən 2010-cu ildən həyata keçirilən layihə ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Ötən müddət ərzində korporasiya tərəfindən «Gənclik» metro stansiyasının Atatürk prospektinə çıxan girişinin «Qələbə meydanı»nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və Həsən Əliyev küçəsində bir tunelin tikintisi tamamlanıb. 546 metr uzunluğu, 16,5 metr eni olan bu tunelin açılışında ölkə prezident İlham Əliyev də iştirak edib. İtaliyanın tanınmış dizayn şirkətləri tərəfindən hazırlanan daxili işıqlandırma sistemli tunel paytaxtın simasına daha bir gözəl ştrix əlavə edib. Hazırda «Qələbə meydanı» layihəsi üzrə digər işlər sürətlə davam etdirilir. «Akkord» Korporasiyasının Direktorlar Şurasının sədri Xaqani Quluzadə bildirib ki, işlərin indiki mərhələsində Atatürk prospektindən gələn və ərazi üzrə yol hərəkətini 3 müxtəlif istiqamətdə paylayan tunelin tikinti işlərinin tam sürətlə getdiyini, tunellərdə digər işlərlə yanaşı, üzləmə, işıqlandırma işlərinin də yüksək Avropa standartlarına uyğun şəkildə aparılır. Tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və yarımkeçirici diodlar əsasında (LED) işləyən ən müasir işıqlandırma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsilə idarə olunur. İşıqlandırıcılar çeviricilər vasitəsilə 12 volta çevrilmiş gərginliklə işlədiyi üçün enerjiyə 3 dəfə qənaət etməklə yanaşı, həm də təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunelin tavanında quraşdırılan projektorlar bir neçə rejimdə - gündüz, gecə və qəza rejimlərində çalışır. Tuneldə fasiləsiz enerji təminatı məqsədilə 90-p 120 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək temperaturlarda yanmayan izolə materiallardan hazırlanıb. Tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə Almaniya və ABŞ istehsalıdır. Baş direktor tunellərin girişində yol hərəkəti haqqında dolğun məlumatın alınması, birbaşa vizual müşahidə və hadisələr haqqında məlumatların sürətli ötürülməsini təmin edəcək intellektual kameraların quraşdırılacağı barədə də məlumat verib. Bu çoxşaxəli tunelin də dizayn işlərinin İtalyan şirkətləri tərəfindən həyata keçirildiyi, üzləmə işlərində yüksək keyfiyyətli fibrobeton məhsulundan istifadə olunduğu bildirilib. “Akkord” rəhbəri tunelin yaxın aylarda paytaxt sakinlərinin istifadəsinə verilməsi üçün növbəli iş rejiminə keçirildiyini bildirib. Tikinti işləri tam başa çatdıqdan sonra buradakı park əsaslı şəkildə yenidən qurulacaq.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info