Xəstəliklərin müalicəsində musiqi müsbət nəticə verir
Tarix: 04.06.2018 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bəzən musiqi həyatın hər dövründə və hər sahəsində insanı əhatə edən ən yaxın dostuna çevrilir. Ruhun qidası kimi dəyərləndirilən musiqini hər kəs zövqünə və dinləmə tərzinə görə seçir.
AZƏRTAC xəbər verir ki, musiqinin səhhətə təsiri hələ qədimdən məlum idi. Elə buna görə də antik dövrün təbibləri Hippokrat və Pifaqor öz xəstələrinə musiqi ilə müalicə təyin edirdilər, Qalen isə musiqini ürəyin işinin normallaşmasına və arterial təzyiqin aşağı salınmasına kömək etdiyini müəyyənləşdirib.
Hazırda musiqi ilə müalicə geniş vüsət alıb və bu sahədə tədqiqat aparan elmi mərkəzlər və tibb müəssisələri fəaliyyət göstərir. Musiqi estetik zövqü və düşüncəni inkişaf etdirir, diqqəti və sevgini artırır, insanın mədəni dünyasını zənginləşdirir, mərhəmət duyğusu aşılayır. Dünyanın bəzi tanınmış klinikalarında xüsusən ağır reanimasiya xəstələrinə musiqi ilə müalicə kursu tətbiq edilir. Həmin müəssisələrdə psixiatrlarla bərabər musiqiçilər də işləyir. Beyinə və ürəyə rahatlıq gətirdiyinə görə müalicə vasitəsi kimi daha çox klassik musiqidən istifadə edilir. Psixiatriyada nevrozdan başlayaraq şizofreniyanın bəzi formalarına qədər müxtəlif xəstəliklərin müalicəsində musiqi terapiyası müsbət nəticə verir. Ruhi sarsıntılar zamanı da musiqi ilə müalicəyə üstünlük verilir, lakin hər musiqi müalicə etmək gücünə malik deyil. Elə musiqilər var ki, onlar sakit və səbirli insanları da özündən çıxara, əsəbiləşdirə bilər. Belə bayağı musiqilər xüsusən gənclərin aqressivləşməsinə səbəb olur. Könül oxşayan musiqi isə qanın keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir, qanda milfositlərin sayını artırır, orqanizmin fəaliyyətini yaxşılaşdırır.
Musiqi dinləyən körpələr yaxşı qidalanır, xəstəliklərə daha az tutulurlar. Musiqinin verdiyi xoşagələn emosiyalar baş-beyin qabığının tonusunu yüksəldir, maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsü, qan dövranını stimullaşdırır, diqqəti artırır. Müxtəlif çalğı alətlərinin səsi də orqanizmə müsbət təsir göstərir. Skripka və fortepiano əsəbləri daha yaxşı sakitləşdirir. Fleyta və violençelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir. Qaboy və klarnet isə qaraciyərin funksiyasını fəallaşdırır.
Musiqinin necə dinlənilməsi də sağlamlıq üçün əhəmiyyətlidir. Qapalı məkanlarda səsin norması təxminən 55 desibel olmalıdır, bundan artıq səs insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Musiqinin səhhətə təsir gücü öz təsdiqini tapıb, seçim etmək isə hər kəsin öz əlindədir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info