«ArmenianReport»: «Rusiyadan ayrılıb, Avropanın bir hissəsi olmalıyıq»
Tarix: 04.06.2018 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Belə bir deyim var: «Keçmişini təsvir edənlər başqasını, gələcəyini təsvir edənlərsə özlərini aldadırlar». Təbii ki, bunu bəlkə də hamıya şamil etmək doğru olmazdı, lakin ermənilərin son sərsəmləmələri onların öz yalanlarına necə aludə olduqlarını ortaya qoyur. Qeyd edək ki, bu millətin xəyanatkarlığı barədə çox yazılıb. Həmişə kiminsə kölgəsinə sığınan və imkan düşdükdə kölgəsinə sığındığına xəyanət edən və sonradan bu xəyanətini gizlətməkdə çox mahirdirlər. Lakin unutmaq lazım deyil ki, «hər xəyanətin bir qarşılığı olur». Bunu tarix də sübut edib. Nə isə, Rusiyanın hesabına dövlət statusu alan Ermənistanın Moskvanın ünvanına dair söylədiyi çox tənqidlərin şahidi olmuşuq. Ermənilərin «ArmenianReport» saytında yer alan buy yazı da həmin qəbildəndir. Lakin qeyd edilməlidir ki, erməni saytı bu yazıda həm rus əhalisinin, həm də Rusiya rəhbərinin ünvanına tənqiddən daha çox təhqirə yol verib. Rusiya ilə məcburi bağlılığını önə çəkən sayt, ilk olaraq, Belarus rəhbərinin Rusiyanın Böyük Vətən müharibəsindəki qələbəni "özəlləşdirmək"lə bağlı fikirlərini önə çəkərək yazır: «Rusiyanın siyasətindəki bu dəyişikliyi biz də qınayırıq. Həmin müharibənin nəticələrinin özəlləşdirilməsi bizim də maraqlarımıza, faşizm üzərində qələbədə həytını vermiş ermənilərin də ruhuna toxunur. Erməni xalqına daha çox Rusiyanın tez-tez Qareqin Njde mövzusunu qaldırıb, özünün çirkli əlləri ilə (Bu ifadənin özü Rusiyaya xəyanətdən betərdir.Axı dünən,Aprel döyüşlərində ruslara yalvarırdılar ki, kömək edin-A.B.) erməni qəhrəmanının xatirəsinə toxunmasıdır.
Bəlkə də indi Lukaşenkonun danışmağa başlamasını hazırda Rusiya ilə Belarus dövlətləri arasında yaşanan ticarət müharibəsi ilə əlaqələndirmək olar. Bütün bunlar Rusiyanın müttəfiq kimi qələmə verdiyi dövlətlərin imzaladıqları sənədlərin onlar üçün heç bir dəyərinin olmadığını ortaya qoyur. Biz bunalara çox şahidlik etmiişik. Deməli Ermənistan da Rusiyadan kənar, başqa istiqamətdəki sivilizasiyaya doğru getməlidir.”
Elə buradaca qeyd edək ki, Belarusu misal çəkməklə ermənilər antirusiya hərəkətlərinə haqq qazandırmaq istəyirlər.Halbuki, tərəflər arasında nə qədər problem olsa da, bunlar həllini tapır və Belarus, ermənilərdən fərqli olaraq, Rusiyaya xəyanət etmir.
Daha sonra sayt yazır:”Əlbəttə, məlumdur ki, Rusiya bizi asanlıqla sərbəst buraxmayacaq. Bunun təsdiqini biz bundan əvvəl də erməni xalqına qarşı tətbiq olunan və bu günə qədər davam edən çirkli informasiya təbliğində görmüşük. Çünki Putin inqilabçıların ruhuna qarşı dözümsüzdür.” Sonra isə yazının müəllifi “inqilabçı” Paşinyanı demokrat , Putini isə bunun əksi kimi təqdim etməyə çalışır. Amma müəllif bilməmiş deyil ki, Putin “məxməri inqilabların” və onlara rəhbərlik edənlərin haradan ilham aldıqlarını gözəl anlayır.
Putinin əleyhinə başqa ifadələr də yazan müəllif davam edir:” Rusiya qlobal rəqabətdə qazana bilməyşb, deməli dünyadan təcrid olunmalıdır. Sübut kimi, Rusiyanın 2014-cü ildə Krımın ilhaqını həyata keçirdikdən sonra özünü dünyadan təcrid vəziyyətinə qoymasını göstərmək olar. Bütün bunlara rəğmən, bu gün Rusiyada hər hansı bir köklü dəyişiklikərin baş vermədiyinin şahidi oluruq”.
Ermənistanın gələcəkdə Rusiya üçün də örnək ola biləcəyini (?-A.B.) yazan sayt Ermənistanın tarixi rol oynanaycağını bildirir. Müəllifin fikrincə , Rusiya erməni oğruları ilə birgə oyunun köhnə qaydalarını qorumaq istəyir: «Özümüz üçün, erməni vətəndaşlarının gələcək nəsilləri naminə bütün bunları aradan qaldırmaq lazımdır. Bunun üçün bu gün geridə qalan (?-A.B.) Rusiyadan ayrılıb, sivil Avropanın bir hissəsi olmalıyıq»
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info