BMT velosipedlərdən fəal istifadə etməyə çağırır
Tarix: 04.06.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Etibarlı və ekoloji təmiz nəqliyyat növü olan velosiped istixana qazlarının emissiyasının azaldılmasında mühüm rol oynayır. Mütəmadi olaraq velosiped sürən insanlar bu yolla özlərini ürək-damar xəstəliklərindən qoruyurlar. Velosiped idmanının bu üstünlükləri BMT Baş Məclisinin üzvlərinin diqqəti cəlb edib və onlar hər il iyunun 3-də Ümumdünya Velosiped Günü qeyd edilməsini qərara alıblar. Bu il həmin gün ilk dəfə qeyd edilib.
Velosipedlər atmosferə istixana qazları ixrac etmir, küçədə səs-küy səviyyəsini artırmır. Küçələrdə velosipedlər nə qədər çox, avtomaşınlar nə qədər az olsa, yol qəzaları ehtimalı bir o qədər azalır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Avropa regionunda nəqliyyat ucbatından atmosfer havasının çirklənməsi nəticəsində hər il 500 minə yaxın insan həlak olur. Yol-nəqliyyat hadisələri hər il 90 min nəfərin həyatına son qoyur. Dünyada təxminən 70 milyon adam küçə hay-küyünün təsirindən əziyyət çəkir.
AZƏRTAC bildirir ki, Baş Məclisin üzvləri bütün dövlətləri velosipedlərin populyarlaşdırılmasına kömək etməyə çağırıb. Onlar vurğulayıblar ki, idarə edilməsi asan, qiyməti münasib, etibarlı və ekoloji cəhətdən təmiz olan bu nəqliyyat vasitəsi insanların fiziki və psixi sağlamlığını möhkəmlətməyə kömək edir. BMT ekspertləri bütün ölkələri Danimarkadan nümunə götürməyə çağırırlar. Dünyada ən “velosipedləşmiş” ölkələrdən biri olan Danimarkanın paytaxtı Kopenhagendə oxuyan və ya işləyən sakinlərin təxminən 50 faizi təhsil və ya iş yerinə velosipedlə gedir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info