İtaliya televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb
Tarix: 04.06.2018 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı iki iyun tarixli buraxılışını Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə İtaliyanın “Edizione Nuova Cultura” nəşriyyat evi tərəfindən çap edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasiminə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilmiş rəsmi qəbula həsr edib.
AZƏRTAC xəbər verir ki, proqramda “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin, kitabın həmmüəllifləri - Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kostanın çıxışları, eyni zamanda, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, uğurlu daxili və xarici siyasəti, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyinin təmin olunması, dövlətçiliyinin gücləndirilməsi, beynəlxalq münasibətlərin fəal üzvünə çevrilməsi, o cümlədən İtaliya və Müqəddəs Taxt-Tac ilə münasibətlərinin qurulması və inkişafı barədə məlumatlar yer alıb. Kitabın təqdimatı mərasimində Azərbaycan və İtaliya musiqiçilərinin konsert proqramından da görüntülər yayımlanıb.
Həmçinin verilişdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda səfir Məmməd Əhmədzadənin, İtaliya tərəfdən əsas qonaqlar qismində iştirak edən Senatın sədri Maria Elsabetta Kasselati və xarici işlər nazirinin müavini Benedetto Della Vedovanın çıxışlarına yer verilib. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yol, əldə olunmuş nailiyyətlər, regional əməkdaşlıq və sabitliyə verdiyi töhfələr, ölkəmizin multikulturalizm ənənələri, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından bəhs olunub.
İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və güclü iqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik boru kəmərinin həm Avropanın enerji təhlükəsizliyinə, həm də Azərbaycan-İtaliya əlaqələrinə töhfəsi vurğulanıb. Həmçinin iki ölkə arasında humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri, bu xüsusda Heydər Əliyev Fondunun töhfələrinə toxunulub.
Verilişboyu Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair bir sıra videoçarxlar da nümayiş etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info