“Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəli vəziyyətə gətirir”
Tarix: 04.06.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


“Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəli vəziyyətə gətirir. Düşünürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir”. Bunu millət vəkili Sona Əliyeva deyib. Millət vəkilinin sözlərinə görə, virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu var: “Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. Insan adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayır. Bizim paltarımız, evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə mühitlə aramızda sərhəd qoyan hər bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır. Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sıındırılıb, mənim aləmimdə bu yad adamın mənim evimə soxulması kimi bir haldır. Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır; buna müdaxilə hər an baş verə bilirsə deməli biz təhlükədəyik, evimizə oğru girib.Çox qarşılaşdığımız adi bir halı misal gətirmək istəyirəm, fikir vermisinizsə kompyuterinizdə və ya telefonunuzda hər hansı axtarış sistemində hər hansı bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensionallığımız tamlığı ilə təmin olunmur və hardasa bizim məlumatlara çıxış var, baxmayaraq ki, kompyuterimizdə və digər istifadə etdiyimiz elektron əşyalarda internetdə təhlükəsizlik ilə bağlı müxtəlif proqramlardan istifadə edirik”. Millət vəkilinin sözlərinə görə, günümüzün reallıqlarından biri də odur ki, televizor, kompyuter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir. Valideyinlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq: “ Dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı? Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya biməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur, bura qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur... Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram, lakin, təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər…. Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq….Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür. Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik. Bəs virtual məkanda necə? Dünyanın istənilən nöqtəsindən istənilən adama çıxış mövcuddur, və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla təmasdan qorxu hissini keçirmirik, bununla da istənilən tanımadığımız adamla əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq, eləcə də bizim övladlarımız… Bəs gözümüzdən kənara qoymadığımız uşaqlarımızı necə bu nəzarətsiz dünyada olmasına imkan veririk? Normal həyatda uşaqların məhdudlaşıdırılmış və ya qadağan olunmuş qeyri etik, qeyri qanuni və bu kimi digər çap vasitələrinə əl çatanlığı çox azdır, internetdə isə istənilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür. Bəlkə mənim baxışlarım yetərincə sərt və mühafizəkardır, lakin mən düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən də sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır və buna ciddi nəzarət olmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info