“Hər səfərimdə Bakını daha gözəl, daha təmiz, daha da baxımlı görürəm”
Tarix: 11.06.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Ötən həftə paytaxt Bakıda Beynəlxalq Muğam Mərkəzində “Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa “hə”, müharibə və münaqişələrə “yox” deyir” mövzusunda tədbir keçirildi. Tədbirdə millət vəkilləri, ictimai xadimlər, xaricdən gələn qonaqlar iştirak edirdilər. Tədbirdə Azərbaycanın bir nömrəli problemi olan Qarabağ məsələsi problemi qabardıldı. XXI əsrin ən böyük faciəsi olan Qarabağ məsələsinin nəinki Qafqazda, hətta bütün dünyada böyük problem kimi sayılan məsələlər sırasında olduğu vurğulandı. Qarabağ probleminin mütləq şəkildə həll olunması tədbir vasitəsilə dünyaya bəyan edildi. Müsahiblərimiz tədbir iştirakçılarından olan Rumıniya-Türkiyə Qadın iş adamları Assosiasiyasının prezidenti Birgül Şenyuva və Bosniya və Herseqovina Parlamentinin deputatı Nərminə Kapetanoviçdir:


“Azərbaycan iqtisadi və siyasi
cəhətdən güclü dövlətdir”


Rumıniya-Türkiyə Qadın iş adamları Assosiasiyasının prezidenti Birgül Şenyuva:

- Birgül xanım, Bakıda keçirilən bu tədbir haqqında fikirlərinizi öyrənmək istərdik... Sizcə, ermənilərin qəbuledilməz hərəkətləri qarşısında dünya hansı təşəbbüskarlığı göstərəcək? Məruzənizdə də qeyd etdiyiniz kimi, burada Dağlıq Qarabağda edilən maddi yox, mənəvi problem daha böyük bir məsələdir. Bəs bunu dünya görmürmü?
- Qarabağ problemi beynəlxalq bir problemdir. Ermənilər dünyanın dörd bir yanında problem hesab olunan millətdir. Bu Amerikada da, Avropada da belədir, Azərbaycan üçün isə çox böyük problemdir. Aydın məsələdir ki, Azərbaycanın 20% torpağını işğal edib, işğal olunmuş torpaqların sakinlərini isə əsir tutub, qadınlara, uşaqlara divan tuturlar. Onların yaşayış tərzi, bütöv bir şəkildə həyatdan məhrum olunmaları, mənəvi zərbə daha böyükdür. Bütün dünya bunları görsə belə, hələ də bu məsələ həll olunmur. Ancaq Azərbaycan erməniləri bir qaşıq suda boğar. Çünki Azərbaycan güclü bir dövlətdir. İstər iqtisadiyyat cəhətdən, istərsə də siyasi cəhətdən güclü dövlətlər sırasındadır. Amma Azərbaycan bütün dünya millətləri qarşısında sülh şəklində Qarabağ məsələsini həll etmək istəyir. Haqq-ədalətlə problemin aradan qalxmasını istəyir. Bu məsələnin sülh yolu ilə həll olunması üçün Azərbaycan səbr edir. Onsuz da müharibə bütün dünya ölkələrinin problemidir. Onun üçün də bu məsələnin bir an əvvəl həll olunması vacibdir. Bu müharibənin bitməsi ən böyük şərtlərdən biridir. Əsir olan insanlar azadlığa çıxmalı, öz torpaqlarında, öz adət-ənənələrilə, ailələrilə birlikdə yaşamalıdırlar. Maddi ziyanı bir tərəfə qoyaq. Yeraltı, yerüstü zənginliklər bir tərəfə ən vacibi mənəvi zərbədir. Mən bunun üzərində dayanaraq bütün dünyaya bəyan etmək istəyirəm. Əsir alınmış qadın və uşaqların pisixoloji vəziyyəti neçə ildə düzələr? Neçə dövr sonra onlar əvvəlki vəziyyətlərinə qayıda bilərlər? Bu xarabalıq, bu təxribat böyük bir ehtimalla çox uzun çəkəcək. Ona görə də beynəlxalq göstəricilərə söykənərək bu məsələnin tez bir zaman çərçivəsində həll olunması lazımdır. Dağlıq Qarabağ bölgəsini ermənilər tərk etməli və orada həyat normala dönməlidir və külli miqdarda təzminat ödəmələri lazımdır.
-Əli Həsənov məruzəsində qeyd etdi ki, dünyada böyük dövlət qurumları, məsələn, MDB, BMT Qarabağ problemini görürlər, amma nədənsə, buna göz yumurlar, səssiz qalırlar. Bəs sizin fikrinizcə, bu, niyə belədir? Bu cür insanlıqdan kənar hərəkəti dünya niyə görmür?
- Bildiyim qədərilə və müşahidələrimə əsasən, ermənilər zox hay-küylü və yalançı millət kimi tanınırlar və böyük lobbilər qururlar. Amerikada nüfuzları böyükdür. Lakin dünyanın hər yerində terrorla, yalançı təzyiqlərlə özlərinə haqq qazandırırlar. Ermənilər, həqiqətən də, bütün ölkələrin problemidir. Rusiyada, İranda, Suriyada, ümumiyyətlə, hər yerdə. Əsas məsələ odur ki, bu məsələ kökündən həll olunmalıdır. Çünki onlar zox asan şəkildə diaspor təşkil edirlər və hər yerdə yalan sitatlar ortaya qoyub, yazıq görkəm cildinə dirirlər. Buna əsasən də siyasi cəhətdən başqa ölkələr də Qarabağ məsələsinə göz yummaq məcburiyyətində qalırlar. Amma insanlıq olaraq göz yummurlar. Bütün xalqlar Azərbaycan dövlətinin yaşadığı haqsızlığı görür.
- Siz Rumıniya-Türkiyə Qadın iş adamları Assosiasiyasının prezidentisiniz. Bəs dünyada türk qadınları istər siyasi və mədəni əlaqələr baxımından potensiallarını, gücünü, hansı şəkildə göstərirlər?
- Mən bir türk övladıyam. Türkiyədə yaşadım. 18 ildir ki, Rumıniyada yaşayıram. Eyni zamanda 18 ildir, Azərbaycan səfirliyilə, azərbaycanlılarla işbirliyi edirəm. Biz orada çox böyük və güclü diaspor yaratdıq. Ona görə Rumıniya xalqı və parlamenti də Azərbaycan dövlətinin arxasındadır və onu dəstəkləyir. Ermənilər Rumıniyada çoxluq təşkil etmir. Əsasən türklər və azərbaycanlılar daha çoxdur və biz orada çox güclüyük. Ona görə də ermənilərin Rumıniyada səsləri çox çıxmır. Həmçinin biz türklər və azərbaycanlılar olaraq qardaş kimi həmihə bir-birimizin yanındayıq.
- Birgül xanım, qonaq olduğunuz Bakı şəhəri haqqında da təəssüratlarınızı bilmək istərdik...
- Mən Bakıya ilk dəfə gəlmirəm. Təxminən 2004-cü ildə ilk səfərim olmuşdu. O zaman Bakını gördüyüm an yeni tikililər inşa olunurdu. Bakı yenidən qurulurdu. Bu mənim Bakıya beşinci gəlişimdir. Hər səfərimdə Bakını daha gözəl, daha təmiz, daha da baxımlı görürəm.


“Biz azərbaycanlıları öz
ailəmizdən hesab edirik”


Bosniya və Herseqovina Parlamentinin deputatı Nərminə Kapetanoviç:

- Nərminə xanım, Bosniya və Herseqovina Parlamentində Azərbaycanın Qarabağ məsələsi müzakirə edilirmi?
- Bizim parlamentin nümayəndələri üç ay əvvəl Azərbaycan xalqına dəstək olmaq üçün Bakıya gəlmişdilər. Təbii ki, beynəlxalq səviyyədə tədbir görə bilməsək də, gücümüz çatdığı qədər dəstək oluruq. Bu, Bosniya və Azərbaycan xalqları üçün eyni problem sayılır və iki ölkənin məsələsinin həll olunması üçün bir-birimizə dəstək oluruq. Biz azərbaycanıları öz ailəmizdən hesab edirik. İstər iqtisadi cəhətdən, istərsə də turizm sahəsində bir yerdə çalışıb, bir-birimizə dəstək olmalıyıq. Biz də Bosniyada 1 milyona yaxın insan itirdik, amma tələf olan şəhərləri yenidən qurduq. Lakin məhv olan həyatlar geri gəlmədi. Qarabağ məsələsi də belə bir vəziyyətdədir. Maddi cəhət həll olunur, amma mənəvi zərbənin tamamilə aradan qaldırılması çox zətindir. Biz də bir xalq olaraq Qarabağda əsir olan insanların azadlığını tələb edirik və hər zaman Azərbaycan dövlətinin yanındayıq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info