Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət ediləcək
Tarix: 05.06.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Rusiyada yaşayan azərbaycanlı kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən “Qafqaz üçlüyü” filmi mətbuatda, sosial şəbəkələrdə tənqid olunur. Aparılan müzakirələrdə qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş rəsmi titul və adlarının geri alınması tələblərini səsləndirirlər. Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən üzü bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb. “Musavat.com”-un əldə etdiyi məlumata görə, artıq qaçqın təşkilatları, ziyalılar, QHT nümayəndələri və s. Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Xatırladaq ki, R. İbrahimbəyovun ssenaristi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ssenari müəllifi bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmağa çalışıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info