Aysel Əliyeva: “Müəllimlərimə borcluyam”
Tarix: 05.06.2018 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı şəhəri Yasamal rayonu 175 nömrəli məktəbin məzunu olmuş, Türkiyə Afyon Kocatepe Universitetini bitirmiş, hazırda həmin universitetdə magistr təhsili alan Aysel Əliyevadır. Aysel xanım müsahibə zamanı vurğulayır: “Gözlərim hər dəfə evimizdə yazı masasının üstündəki “Qabaqcıl təhsil işçisi” medalına sataşanda öz-özünə deyərdim ki, kaş mən də anam kimi savadlı olaydım”. Bu gün artıq Aysel Əliyeva həmin arzusunu reallaşdıraraq Türkiyədə təhsilini davam etdirir. Aysel Əliyevanın ən böyük arzularından biri də təhsilini doktoranturada davam etdirməkdir. Bu yolda gənc həmvətənimizə uğurlar arzulayıram.

-Aysel xanım, öncə təhsilə olan marağınızdan söhbət açardınız. Bilirik ki, təhsil cəmiyyət üzvləri üçün olduqca vacibdir. Bu baxımdan, elmə, təhsilə necə həvəsləndiniz?
- Anamla birgə 11 il məktəb yollarında addımladım. Təhsil aldığım məktəbin İngilis dili müəllimi olan anam Şiriyeva Gülşən həm müəllimim, həm də bir mayak kimi yol göstərənim oldu. Oxudum, öyrəndim, məqsədimi müəyyən etdim. Anam başda olmaqla çox şeylər öyrəndim müəllimlərimdən; həm bilik, həm də insani keyfiyyətlər. Dahi rus yazıçılarından biri söyləmişdir: “Məndə olan gözəl cəhətlərə görə kitablara borcluyam”. Mən isə deyirəm: “Məndə olan, məni məqsədimə doğru aparan bütün bilik, bacarıq və əzmkarlığıma görə anama, müəllimlərimə və kitablara borcluyam”.
- Orta məktəb illərində keçirilən fənlərə münasibətiniz necə idi və hansı fənləri daha tez mənimsəyirdiniz?
- Çalışırdım ki, keçirilən dərslərin hər birini mükəmməl öyrənim. Bu baxımdan, fənlər arasında fərq qoymurdum. Amma Ədəbiyyat, Coğrafiya və İngilis dili fənlərini daha tez mənimsəyir və yaxşı oxuyurdum.
- Aysel xanım nitqinizin bu cür aydın, savadlı olması ədəbiyyat dərslərinin nəticəsi idimi?
- Bəli. Hər kəlməmizə, hər sorumuza, fikrimizi ifadə etmə bacarığımıza çox diqqətlə yanaşan ədəbiyyat müəllimimiz Quliyeva Natəvan müəllimə, Vələddin müəllim, Vidadi müəllim, Aygün müəllimə və digər müəllimlərin əməyi böyük olub.
- Bildiyimə görə siz Turizm fakültəsini bitirmisiniz. Niyə məhz Turizm fakültəsi?
- Çox maraqlı sualdır. Azərbaycanımı, Türkiyəmi çox sevdiyim üçün və Vətənimi dünyaya tanıtmağa görə bu sahəni seçdim.
-Eskişehir Anadolu Universitetində “Eskişehir Azərbaycanlılar Dərnəyi, Türk Dünyası Uyğulama və Araşdırma mərkəzi” tərəfindən keçiriləcək “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqresdə çıxış etmisiniz. Konfransa göndərilən 600 məqalənin yalnız 20-si seçilməli idi. Və sizin məqalə ilk onluqda yer aldı. Bu haqda da məlumat verərdiniz.
- Çox xoşbəxtəm ki, çıxış edənlərin içərisində mən də vardım. Və mən Eskişehir Anadolu Universitetində Eskişehir Azerbaycanlılar Dərnəyi, Türk Dünyası Uyğulama və Araşdırma mərkəzi tərəfindən Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı Beynəlxalq Konqresdə iştirak edib, Türkiyədə oxuyan azərbaycanlı tələbələr adından çıxış etdim. Çıxışım “Azərbaycanda turizm, Azərbaycana səfər edən ərəb turistlərin Azərbaycan haqqında düşüncələri” mövzusunda idi. Konqresdə iştirakım və çıxışıma görə təşəkkürnamə ilə təltif olundum. Bu məruzə mənim Vətənimə kiçik xidmətimdir. 6 ildir ki, Türkiyədə təhsil alıram, universitetdə, indi də magistraturada təhsilimi davam etdirirəm. Bu illər ərzində bir çox tədbir və mərasimlərdə iştirak etmişəm və məzmunca müxtəlif olan bu tədbirlərdə həmişə Azərbaycanımızı şərəflə təmsil etməyə çalışmışam. Bu mənim vətəndaşlıq və millətimizin övladı olaraq Ana Vətən qarşısında bir borcumdur. Bilirəm ki, bu borclar çoxdur. Və gücüm, bacarığım daxilində olanları səylə yerinə yetirməyə çalışacağam.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info