Daha bir bank güzəştli aqrar kreditlər verəcək
Tarix: 05.06.2018 | Saat: 05:07:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları sırasına daha bir bank əlavə olunub. Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti ilə niyyət protokolu imzalayıb.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, niyyət protokoluna Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin imza atıblar.
Dövlət Xidmətinin rəisi bildirib ki, “Rabitəbank”ın mövcud vəziyyəti, xidmət səviyyəsi və Azərbaycan üzrə əhatə dairəsi onu etibarlı tərəfdaşa çevirəcək, fermerlərə əlçatan edəcək. “Əminik ki, seçdiyimiz müvəkkil kredit təşkilatları fermerlərin maliyyəyə asan və maneəsiz çıxışını təmin etməkdə bizə yardım göstərəcək”, - deyə Mirzə Əliyev qeyd edib.
“Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin göstərilmiş etimada görə təşəkkürünü bildirərək deyib: “Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan aqrar sahənin inkişafına töhfə verəcəyimizə şadıq”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək, eləcə də daha sağlam bank və kredit təşkilatlarını kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla əməkdaşlığını yenidən nəzərdən keçirib. Bir sıra bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandıran Dövlət Xidmətinin tərəfdaşları sırasına yeni bank və BOKT-lar qatılıb. Bu günədək “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb. İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7 faizlə veriləcək.
Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi məsələsi də diqqətdə saxlanılır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info