“Düşmənin hücumuna on qat cavab verəcəyik”
Tarix: 05.06.2018 | Saat: 05:20:00 | E-mail | Çapa göndər


Düşmənin hücumuna on qat cavab verəcəyik.
APA-nın məlumatın görə, bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.
O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.
Ayətullah Xameneinin sözlərinə görə, bəzi Avropa ölkələri İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: “Mən bu dövlətlərə deyirəm, sizin xəyallarınız gerçəkləşməyəcək”.
Ayətullah Xamenei qeyd edib ki, İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək: “ İranın Atom Enerji Təşkilatı borcludur ki, tez bir zamanda Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Tural İsmayılov: “Seçkiöncəsi mühit demokratik siyasi atmosferin bariz nümunəsidir”
28.01.2020
Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək
27.01.2020
Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü
27.01.2020
“Könüllülərimiz müxtəlif dövlət orqanlarında işlə təmin olunublar”
26.01.2020
“Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info