Gürcüstan parlamentinin yeni binasının damının bir hissəsi uçdu
Tarix: 11.06.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Kutaisidəki Gürcüstan parlamentinin yeni binasının damının bir hissəsi uçub. Hadisəyə yanğın borusunun zədələnməsi və suyun gips-karton divarı dağıtması səbəb olub.
Bu barədə “İnterfaks” agentliyi gürcü KİV- nə istinadən xəbər verir. Parlament aparatının müdiri Zurab Marakvelidzenin sözlərinə görə, hadisədən zərərçəkən yoxdur. Tbilisidən 2012-ci ildə köçürülən parlament binasının uçmuş hissəsi iyunun 11-i səhər saatlarından bərpa olunmağa başlanıb. Xatırladaq ki, Gürcüstan Ədliyyə Nazirliyinin dövlət auditi Xidməti mayın sonunda bildirmişdi ki, Kutaisidə Gürcüstan parlamentinin yeni binası icazəsiz və ümumi məqsədli olmayan maliyyə vasitələrindən istifadə yolu ilə tikilib. Bununla yanaşı, tikinti zamanı mühəndis-geoloji qiymətləndirmələr, bünövrənin və digər əsas konstruksiyaların lazımi ekspertizası aparılmayıb. Ümumilikdə isə parlament binasının tikintisinə təxminən 340 milyon lari (təxminən 205 milyon dollar) xərclənib. 2012-ci ilin oktyabrında seçkiləri udan “Gürcü arzusu” koalisiyasının nümayəndələri isə bildirirlər ki, parlament Tbilisidə fəaliyyət göstərməlidir.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir
19.08.2019
Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info