BANM-də “Mühəndislər üçün biznes təhsili” kursu yekunlaşıb
Tarix: 05.06.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurublar. BANM-dən bildirilib ki, “BP Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafı üçün həyata keçirilən bu layihədə beşinci kurs tələbələri iştirak ediblər. Kurs BANM-dəki təhsil müddətində mühəndislik üzrə yüksək bilik və onun tətbiqi səriştəsinə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində menecment və biznes sahəsində geniş bilgilər verir. Bu proqram gələcək məzunların müasir biznes mühitinə daha səmərəli inteqrasiya olunmaları üçün şərait yaradır. Bu təşəbbüsün əsas məqsədi gənc mühəndislərə ümumi biznes biliklərinin baza prinsiplərinin, liderlik keyfiyyətlərinin, layihələrin idarə edilməsinin və bir sıra digər istiqamətdə biznes əsaslı səriştə və biliklərin öyrədilməsi olub. Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunublar. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan ibarət dərs vəsaiti hazırlanıb. Ali məktəbin rektoru Elmar Qasımov kursu uğurla başa vuran tələbələrə BP və BANM-in sertifikatlarını təqdim edib.


Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info