“İran ilə Azərbaycan arasında həll olunmayan problem yoxdur”
Tarix: 05.06.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


İran ilə Azərbaycan arasında həll olunmayan problem yoxdur. Hər iki dövlətin prezidentinin iradəsinə uyğun olaraq qarşılıqlı əlaqələr inkişaf edir.
Bu sözləri İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana səfərinin yekunları ilə bağlı yerli mətbuata verdiyi açıqlamasında deyib.
M.Vaezi Azərbaycanda keçirdiyi görüşlərin faydalı olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, son 5 ildə İran ilə Azərbaycan arasında bütün razılaşmaların icra edilməsi və xüsusilə avtomobil sənayesi, əczaçılıq və enerji sahələrindəki layihələrin həyata keçirilməsi ilə iki ölkə arasındakı əməkdaşlığın səviyyəsi daha da yüksəlib. İran Prezidentinin mart ayında Azərbaycana rəsmi səfərindən sonra elektrik enerjisinin ixracına başlanması, eləcə də Biləsuvar və Astara gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi iki ölkə arasındakı münasibətlərin inkişafının göstəricisidir.
İran rəsmisi bildirib ki, görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılması prosesi nəzərdən keçirilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info