Yekaterina Metreveli: “Üç ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələr bütün dünyaya böyük imkanlar yaradır”
Tarix: 05.06.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq dinamik inkişaf edir”.
Bu barədə Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Tbilisidə keçirilən “Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransında deyib. O bildirib ki, ötən il hər üç ölkənin əməkdaşlığı sahəsində əlamətdar hadisələrlə yaddaqalan olub: “Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı, hər üç ölkənin xarici işlər nazirinin görüşü keçirildi. Bütün bunlar göstərir ki, regional inteqrasiya pozitiv dinamika ilə inkişaf edir”.
F. Məmmədovun sözlərinə görə, üç ölkənin strateji məqsədi ərazi bütövlüyünün bərpa olunmasıdır: “Böyük qüvvələrin ikili standartları fonunda Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsi çox önəmlidir”. 
Konfransda çıxış edən Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Yekaterina Metreveli deyib ki, üç ölkə arasında münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir: “Münasibətlərin səviyyəsi birgə maraqlara əsaslanıb. Üç ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələr bütün dünyaya böyük imkanlar yaradır”.
Ekspert qeyd edib ki, Gürcüstan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir: “Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra  Azərbaycan bir daha  Gürcüstanın ərazi bütövlüyün dəstəklədiyini bildirdi”.
Y. Metrevelinin fikrincə, üç ölkə müasir dünyada mövcud təhdidlərin minimallaşdırılması üçün birgə səyləri daha da gücləndirməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info