Rövşən Muradov Bolqarıstan rəhbərləri ilə görüşüb
Tarix: 05.06.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Bolqarıstanın vitse-prezidenti İliana Lotova, Baş nazirin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva, Mərkəzin İdarə Heyətinin üzvləri, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov və Rosen Plevneliev, sabiq Baş nazir Filip Dimitrovla görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-2019-cu illər üçün nəzərdə tutulmuş fəaliyyət planı ilə bağlı müzakirələr, habelə VII Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar görülən işlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Mərkəzin Avropa İttifaqının strukturları ilə gələcək əməkdaşlıqla bağlı ideyaları müzakirə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşlərdə Mərkəzin Bolqarıstanda fəaliyyətinin daha da genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Son illərdə həyata keçirilən layihələr, xüsusilə Qlobal Bakı forumlarının dünyada mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik sahələrində problemlərin həlli yollarına dair maraqlı ideyaların irəli sürüldüyü mühüm bir platformaya çevrildiyi vurğulanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info