”1in.am” : ”Ermənistan Rusiya münasibətlərini əvvəlki çərçivədə saxlamaq mümkün olmayacaq”
Tarix: 05.06.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər




Ermənilər Rusiya ilə yeni məzmunlu əlaqələr qurmaq üçün model axtarırlar

Hər şeydən əvvəl qeyd edək ki, Ermənistanın siyasi həyatındakı son yaşantılar, yeni qüvvələrin hakimiyyətə gəlməsi müxtəlif ölkə mətbuatlarında da yer alır. Maraqlıdır ki, bir çox xarici mətbu orqanları bu yaşantılara müxtəlif aspektdən yanaşırlar.
Onların bir çoxu hazırda baş nazir postunda oturan Paşinyanın «sırf amerikalı komanda" təşkil etdiyini , digərləri onun Qərbdən idarə olunduğunu iddia edirlər. Təbii ki, Ermənistandakı son yaşantıları diqqətlə müşahidə edən Rusiyanın bütün bunlara biganə qalacağı da inandırıcı deyil. Belə görünür ki, Rusiya artıq əməli işə start verib. Belələiklə, iyunun 7-də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçiriləcək ilk görüşü Rusiyanın əməli fəaliyyətində ilk addım kimi dəyərləndirmək olar.
Ermənistanın «1in.am» saytının yazdığına görə, son günlər Ermənistanın yeni hakimiyyət orqanları da erməni-rus gündəminə daha çox diqqət yetiriməyə başlayıblar. Sayta görə, «Burada təəccüblü heç şey yoxdur. Çünki Ermənistan üçün Rusiyanın, eləcə də Rusiya üçün Ermənistan-Rusiya münasibətlərinin «əhəmiyyəti» çox böyükdür». Bu etirafdan sonra sayt yazır: «Amma nəzərə almaq lazımdır ki, artıq bu münasibətlər məsələsi, çox ehtimal ki, yeni Ermənistan hökumətinin strateji vəzifələrindən biri olacaq. Yəni bu münasibətlərin bundan sonra «bərabərlik və real dövlətlərarası münasibətlər sahəsində» necə formalaşacağı hələ ki, sual doğurur».
Təbii ki, Paşinyan mitinqlər zamanı ermənilərə Rusiya ilə bağlı verdiyi vədlərə əməl edəsi olsa, onun gələcək aqibətinin hansı sonluqla bitəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Məlumdur ki, Ermənistanın yeni hakimiyyəti elə ilk çıxışlarnda xarici vektorda dəyişikliklər edəcəyini bəyat etmişdi. O, bunun Rusiya ilə yeni əlaqələrin qurulmasına da şamil ediləcəyini bildirmişdi. Lakin erməni saytı elə erməni mövqedən çıxış edərək, başqa ölkələrlə müqayisədə Rusiya ilə vəziyyətin çox incə olduğunu xatırladır. Saytın bildirdiyinə görə, bunun başlıca səbəbi sabiq Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələri tabeçilik prinsipləri üzərində qurduqlarından irəli gəlir: «Əgər hazırda ictimai legitimliyin keyfiyyətcə fərqli bir hissəsi mövcuddursa, o halda hazırkı hakimiyyət orqanları erməni-rus münasibətlərinin köhnə vasitələrini saxlaya bilməyəcəklər. Digər tərəfdən, əlbəttə ki, bu əlaqənin tamamilə dəyişdirilməsi çox çətindir, çünki onun əhəmiyyətli hissəsi Rusiya hakimiyyətinin təbiətindəki bir sıra reallıqlara görədir. Bu baxımdan, Ermənistan olduqca unikal bir vəziyyətdədir”.
Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistanın Avropa Birliyi ilə çərçivə sazişini imzalamasını sayt İrəvan üçün unikal bir vəziyyət kimi dəyərlədirir. Saytın bildirdiyinə görə, «bu vəziyyət əlbəttə ki, Ermənistan üçün müsbət bir kapitaldir».
Saytın iddiasına görə, artıq «demokratik» Ermənistan Rusiya hakimiyyət orqanları ilə münasibətlər qura biləcək yeni model axtarışındadır. Sayt erməni-rus münasibətlərini keyfiyyət dəyişiklikləri aparmadan, köhnə vasitələr və məzmun çərçivəsində saxlamağın mümkün olmayacağını bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info