Mayami şəhərində AXC-nin 100 illiyi qeyd olunub
Tarix: 05.06.2018 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar təntənəli bayram şənliyi keçirib.
Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, yeni qurulmuş dövlətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsi, həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirilmiş işlər barədə qonaqlara geniş məlumat verilib.
Bayram gecəsində Mayamidə və ətraf dairələrdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak edib.
Xatırladaq ki, mayın əvvəlində Mayami şəhərinin yerləşdiyi Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayaraq, 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edib və bütün dairə sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info