Bu il Bakı məktəblərini 48 mindən çox şagird bitirəcək
Tarix: 05.06.2018 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini isə 19 192 şagird bitirəcək. BŞTİ-dən bildirilib ki, paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək. Cari tədris ilində BŞTİ-nin tabeliyində olan 307 ümumtəhsil məktəbində 15 844 sinifdə 404 542 şagird təhsil alıb. 2017-2018-ci tədris ilində paytaxt üzrə 263 ümumtəhsil məktəbində fəaliyyət göstərən 868 məktəbəhazırlıq qrupunu 24 129 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb olunacaq uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək. 2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumtəhsil müəssisələrinin I sinfinə “mektebeqebul.edu.az” saytı vasitəsilə 42 142 sorğu yerləşdirilib. Onlardan 38 642-si ümumtəhsil məktəbini, 3 500-ü lisey və gimnaziyanı seçib. 2018-2019-cu tədris ilində I sinfə 50000-dən çox uşağın qəbulu proqnozlaşdırılır. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumtəhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla cəmi 317 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərində ümumilikdə 28 875 müəllim fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info