Bilik Fondu Cocuq Mərcanlı sakinlərinin qonağı olub
Tarix: 06.06.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cocuq Mərcanlı sakinlərinin qonağı olublar. Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Cocuq Mərcanlı klub-icma Mərkəzində görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə tədbir keçirilib. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu deyib. “Mizan” Tələbə Dram Dərnəyinin işini alqışlayan kollecin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifləndirici layihələrindən söz açıb, tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib. Tədbirdə dərnəyin bədii rəhbəri, Xalq artisti Məmməd Səfanın Mir Cəlal Paşayevin hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub. Yerli sakinlərin böyük maraqla qarşıladıqları tamaşada kollecin dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb. Nümayəndə heyəti şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şagirdlərlə görüşüb. Təhsil ocağının kitabxanasına Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair nəşrlər və Mir Cəlal Paşayevin müəllifi olduğu kitablar hədiyyə edilib. Nümayəndə heyəti səfər çərçivəsində Şuşa məscidinin bənzəri olan kənd məscidi ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info