KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilib
Tarix: 06.06.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib. Fondun icraçı direktoru Vüqar Səfərli jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mediada ədəbi dilin normalarının qorunması məqsədilə Fondun 2018-ci il mayın 4-də jurnalist təşkilatları üçün ənənəvi olaraq "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması" və "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqə elan etdiyini xatırladıb. Fondun icraçı direktoru mayın 22-dək davam etmiş müsabiqəyə 4 ictimai təşkilatın - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı, Elektron Mediaya Yardım Fondu və Media və Mülki Cəmiyyət İctimai Birliyinin layihə sənədləri təqdim etdiklərini bildirib. Sonra müsabiqəyə təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov və Ayaz Mirzəyev mediada ədəbi dilin tələblərinin qorunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə jurnalist təşkilatları üçün elan edilmiş müsabiqənin əhəmiyyətini önə çəkiblər. Şura üzvləri Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondunun təqdim etdikləri sənədlərin qaydasında olduğunu, onların maddi-texniki bazalarının tələblərə cavab verdiyini, habelə çoxillik təcrübələrini xüsusi vurğulayıb, onların layihə təkliflərini daha üstün dəyərləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki, "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması" istiqaməti üzrə layihənin uğurlu icrası baxımından Azərbaycan Mətbuat Şurasının maddi-texniki bazası, kadr potensialı və təcrübəsi Media və Mülki Cəmiyyət İctimai Birliyi ilə müqayisədə daha yüksəkdir.
Müzakirələrin yekununda müsabiqəyə sənəd təqdim etmiş 4 təşkilatdan 3-ünün - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondu İctimai Birliyinin müsabiqənin qalibləri elan edilməsi, onların hər birinə 2 mərhələdə (hər dəfə 10.000 min manat) 20.000 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub. İclasın gündəliyindəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2018-ci ilin ikinci yarısı üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin ənənəvi olaraq "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi təklif olunur. V.Səfərli 2018-ci il iyunun 6-dan 25-dək keçirilməsi planlaşdırılan müsabiqənin elanında hər hansı əlavə və dəyişikliklərin nəzərdə tutulmadığını bildirib. Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov və Ayaz Mirzəyev Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info