Vətən onun üçün əziz və müqəddəs amaldır
Tarix: 06.06.2018 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Ürəyi vətənlə döyünən cəsur əsgər Dostum Rəhim Sulduzludan yazmaq istəyirəm. Onunla dostluğumuz 2004-cü ildən başlayır. Hələ 24 yaşında Cənubi Azərbaycanın Sulduz şəhərindən Şimalı Azərbaycana gələrək, Ermənistanın Dağlıq Qarabağa işğalçı hücumlarına qarşı döyüşlərdə iştirak edib. Rəhim Sulduzlu bütöv Azərbaycan gəncliyinə örnək vətənpərvər insanlardandır. Rəhim Sulduzlu peşəkar əsgər kimi ordumuzun formalaşmasında xidmətlər göstərib. Qubadlı da gedən döyüşlərdə iştirak edib. Komandir kimi düşmənə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərib. Xatırladam ki, İsveçrədə yaşayan tanınmış yazar Elbəyi Həsənli aprel döyüşlərində Rəhim Sulduzlu haqqında bu sözləri yazırdı: “Bu günlərdə Qarabağda yenidən savaş başlayanda Rəhim bəy Bakıya tələsib. Bilet alıb. Ailəsi ilə halallaşıb ki, Qarabağda döyüşən oğullarımıza qoşulsun. Nə yazıq ki, Rəhim bəy indi çox məyusdur. Qarabağda atəşkəs elan olunmasına çox üzülüb. Amma Bakıya səfəri qüvvədədir. Deyir ki, bəlkə mən gedənə döyüşlər yenidən başladı...”. Ürəyi vətənlə döyünən cəsur əsgər Rəhim Sulduzlu belə dəyərli insanlarımızdandır. Atəşkəs dövründə müxtəlif sahələrdə çalışmasına baxmayaraq, daima ürəyi Qarabağla döyünüb. Həmişə söhbətində cəbhə dostlarını xatırlayır. O, cəbhədə əsgər olduğu kimi, Avropada Azərbaycan diasporunun formalaşmasında böyük zəhmətlər çəkib. Yaşadığı İsveçrə dövlətində İsveçrə-Azərvaycan Dostluq Cəmiyyətini təsis edərək, Azərbaycan təbliğatını aparıb. Fəaliyyəti dövründə İsveçrə parlamenti, siyasi dairələri ilə sıx əlaqələrə malik olub. İsveçrə mediasında ölkəmizin xeyrinə yazıların çap olunmasını diqqətdə saxlayıb. Milli məsələləri İsveçrə parlamentində müzakirələrə çıxarılmasına nail olurdu. O bir zamanlar Avropada Dünya Azərbaycanlıları Konqresinin formalaşmasında xüsusi fəallığı ilə seçilirdi. Rəhim Sulduzlu bu gün diaspor sahəsində olmasa da, ürəyi daim vətənlə döyünür. Vətən onun üçün əziz və müqəddəs amaldır. Ana qədər əzizdir, doğmadır.
Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info