Daha bir küçə əsaslı şəkildə yenidən quruldu
Tarix: 06.06.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində bu çərçivədə yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
 
Agentlikdən verilən məlumata görə, Təbriz küçəsinin uzunluğu 3,5 km, hərəkət hissəsinin eni isə ortalama 19 metr təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür.
 
Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, istismar müddəti bitmiş 2,9 km uzunluğunda su və 1,5 km uzunluğunda qaz xətləri yenidən çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.
 
Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kvadratmetr sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə və yol boyu mövcud yol ayrıcına 1600 kvadratmetr tamet daşları döşənib. Məqsəd həmin ərazidə nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu və kipləşdirmə  işləri aparılıb, yol ayrıcı və piyada səkiləri bərpa olunub, kənarlarında köhnə səki daşları sökülərək 10 min p-metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub.
 
Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 40 ədəd yeni yağış barmaqlıqları və 138 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənib, əlavə olaraq yola 28 ədəd işıq dirəyi quraşdırılıb.
 
Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 55 min kvadratmetr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.  Bundan başqa  sonra nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
 
Bundan başqa, Əhməd Rəcəbli küçəsini bir hissəsində də təmir-tikinti işləri aparılıb. Bu işlər küçənin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində görülüb. Bu hissənin uzunluğu bir istiqamət üzrə 265 metr təşkil edir.
 
Təmir-tikinti işləri çərçivəsində yol ayrıcının eninin kiçildilməsi nəticəsində yolun hərəkət hissəsinin eni genişləndirilib. Yol ayrıcına və yolun kənarlarına 1 min paqon-metrdən artıq yeni səki daşı düzülüb, asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
“Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb
07.12.2019
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info