Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Yunanıstanda keçirilən sərgidə təmsil olunur
Tarix: 06.06.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan XXV “Poseydoniya-2018” öz işinə başlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, builki sərgidə 160 illik yubileyini qeyd etməyə hazırlaşan və ölkənin qocaman şirkətlərindən biri – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də öz stendi ilə təmsil olunur. Stenddə ölkəmizin dənizçilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Gəmiqayırma Zavodu haqqında məlumatlar, videoçarxlar nümayiş etdirilib.
Stendin özəlliklərindən biri də burda yaradılan milli guşədir. Milli suvenir və əşyalarla bəzədilən guşədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi tərənnüm olunur. Bütün bunlar gəmiçiliyin stendinə marağı bir qədər də artırıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgi çərçivəsində “B2B” formatında bir sıra işgüzar görüşlər keçirib, dənizçilik sahəsində nüfuzlu beynəlxalq şirkətlərlə müzakirələr aparıb. Danışıqlarda gəmiçiliyin fəaliyyət istiqamətləri, Xəzərdə və xarici sularda üzən donanmalar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də təmsil olunduğu nüfuzlu biznes platformalardan sayılan və iki ildən bir keçirilən sərgidə bu il ümumilikdə 92 ölkədən 1900-dən çox şirkət iştirak edir. Bu da 2016-cı ildəki iştirakçıların sayından 16 faiz çoxdur. Onların arasında dənizçiliklə əlaqəli qurumlar, müxtəlif beynəlxalq təşkilatlar, təsnifat cəmiyyətləri, təhsil müəssisələri yer alıb. Sərgiyə dünyanın ən böyük gəmi istehsalçıları Çin, Yaponiya və Koreyadan da nümayəndələr qatılıb.
Sərgidə şirkətlər xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirməklə yanaşı, işgüzar əlaqələr də qurublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb
17.11.2019
Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur
16.11.2019
Xədicə İsmayılova “Müsavat“ rəhbərliyini istefa verməyə çağırıb
16.11.2019
Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb
16.11.2019
Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info