Çexiyanın xarici işlər naziri Azərbaycandan üzr istəyib
Tarix: 11.06.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq “Pravo” nəşrinə müsahibəsində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərinə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəyib. O, düzgün məlumatlandırılmadığı üçün bu faciəni “şüurlu surətdə planlaşdırılmış qətl” adlandırdığını etiraf edib.
Azərbaycanlı həmkarı ilə Vaşinqtondakı görüşündən danışan K.Şvartsenberq deyib: “Onunla çoxdan tanışıq. Dediklərimlə bağlı ondan üzr istəmişəm. Bildirdim ki, əlimdə yanlış sənədlər olduğu üçün Yerevanda jurnalistin Xocalı şəhərində qətlə yetirilmiş sakinlərlə bağlı sualına cavabımda “Şübhəsiz, Çexiya insan hüquqlarının hər cür pozulmasına qarşıdır, amma müharibələr zamanı bu kimi hadisələr baş verir” demişəm. Müharibə dövründə, Dağlıq Qarabağda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını təmsil edirdim. Yerevan-Bakı-Stepanakert (Xankəndi) arasında uçurdum, bu, dəhşətli idi. Buna görə də məlumatlarda gördüyümə əsasən, orada 60 insanın qətlə yetirildiyini bildirmişəm, amma əslində 600-dən çox idi, bu isə ayrı bir şeydir. Birinci və İkinci Dünya müharibələri ilə müqayisədə həlak olmuş əsgərlərin sayı xeyli az olub. Düşünürdüm ki, hər hansı bir atəşətutma zamanı altmış insan həlak olub, müharibələr zamanı bu baş verir. Amma onların sayının 600-dən çox olduğunu biləndə hiss etdim ki, məsələ tamamilə başqa cürdür, bu düşünülmüş qətl idi. Buna görə ondan üzr istəmişəm və o, məni başa düşdü. Hər kəs hərdən yanlış rəqəm əldə edir. Bu, mənim səhvim idi, boynuma alıram”.
Şvartsenberq bildirib ki, Azərbaycanın xarici işlər naziri onun üzrxahlığını qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info