Rusiya MDB ölkələrini Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb
Tarix: 06.06.2018 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu MDB-yə üzv dövlətləri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb.
 
APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə rusiyalı nazir Tıva Respublikasının Kızıl şəhərində keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışında bildirib. "Bu gün Suriya ərazisinin böyük bir hissəsi terrorçulardan azad olunub. Qalan terrorçuların tərksilahı barədə danışıqlar gedir. Psevdoxilafətin yaradılması planı puça çıxıb. Münaqişənin siyasi yolla nizamlanması və Suriyanın vahid, bölünməz dövlət kimi dirçəlişi üçün bütün şərait yaradılıb”, - deyə o, qeyd edib.

Bununla əlaqədar Rusiya müdafiə naziri MDB ölkələrinə Suriyanın bərpasında iştirak təklif edib: "Hər kəsə məlumdur ki, təhlükəsizliyin təmin olunması ancaq birgə səylərlə mümkündür. Suriyada dinc həyatın bərpa olunmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya ilə bağlı əməkdaşlığımızın geniş spektrı mümkündür. Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya zonalarında birgə patrul xidməti, humanitar yardım göstərmək, infrastrukturun bərpası aiddir. Beynəlxalq terrorçuluqla mübarizədə və ümumi təhlükəsizliyin təmin olunmasında birliyimizi nümayiş etdirən dəstəyinizə ümid edirik".




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info