BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib
Tarix: 06.06.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və  Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini ilə görüşüb. Ali məktəbin kampusunda baş tutan görüşdə həmçinin Meksika Neft İnstitutunun Məhsulun texnologiyası şöbəsinin müdiri Marko Antonio Osorio Bonilla, Meksika səfirliyində attaşe Mario Fernandez və səfirin köməkçisi Elnur Bağırov da iştirak ediblər.
Rektor Elmar Qasımov qonaqlara BANM haqqında məlumat verib. Rektor hazırda bakalavr və magistratura üzrə tələbə hazırlayan ali məktəbin yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.
Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron görüş üçün rektor Elmar Qasımova təşəkkür edib. O Meksikanın neft-qaz sektoru və orada fəaliyyət göstərən şirkətlər haqqında məlumat verdikdən sonra qeyd edib ki, institut texnoloji tədqiqat və inkişaf, mühəndislik üzrə tədris və təlimlərin keçirilməsi üzrə ixtisaslaşıb. Tərəflər akademik əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlər arası mübadilə, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Ernesto Rios BANM ilə müəllim və professorların təcrübələrinin mübadiləsi, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mümkün olacağını qeyd edib. Görüşün sonunda tərəflər sadalanan işlərin birgə görülməsi haqqında razılığa gəliblər.
Daha sonra qonaqlar ali məktəbin kampusuna tur edərək burada tələbələr üçün yaradılmış şərait, ən müasir labaratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar. Qeyd edək ki, Meksika Neft İnstitutu 1965-ci ildə yaradılıb və neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info