Siyasi qeyri-müəyyənlik dünya iqtisadiyyatına mənfi təsir edir
Tarix: 06.06.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Ermənilərin məxməri inqilabının Ermənistanı artıq «cənnətə» döndərdiyi barədə çağırışlara start verilib. Əsası olmayan faktları şişirtməkdə mahir olan ermənilər indi də Dünya Bankına istinad edərək 2018-ci ildə Ermənistanda ÜDM artımının 4,1 faiz səviyyəsində proqnozlaşdırıldığını yazırlar.
Hələ ki. ölkə iqtisadiyyatnıda əməli bir işə başlamayan ölkə rəhbərliyi 2019 və 2020-ci illər də Ermənistan iqtisadiyyatının 4 faiz artacağı barədə xalqı məlumatlandırır.
Beləliklə, ötən-2017-ci ildə Ermənistan iqtisadiyyatının 7, 5 faiz artdığını bildirən «Novosti Armeniya» saytı bu ərəfədə ölkədəki inflyasiyanın cəmi 1 faiz təşkil etdiyini bildirir. Sayt qarşıdakı 2018-ci ildə isə dövlət büdcəsində ÜDM artımının 4,5 faiz səviyyəsində olacağını bildirir. Maraqlıdır ki, Rusiya da daxil olmaqla, sabiq “müttəfiq respublikaların” qarşıdakı illərdə ÜDM-lərindəki artımı müqayisə edən erməni iqtisadçıları, bu sahədə üstünlüyü Ermənistana veriblər. Qeyd edilməlidir ki, iqtisadiyatın yüksələcəyi barədə deyilənləri ermənilərin təkcə özlərinə şamil etmələri bir az gülünc görünür. Çünki verilən proqnozlar Avropa və Mərkəzi Asiya regionunda da iqtisadiyyatın artım tempinin daha da möhkəmlənəcəyindən xəbər verir. Belə ki, 2018-ci ildə qeyd edilən regionlardakı artım 3.2 faizə qədər yüksəlib. Lakin bu yüksəlişin qarşıdakı 2019-cu ildə 3.2 faiz düşəcəyi ehtimal edilir. «Göstəricilər nəzərə alınsa, iqtisadi inkişafı üçün perspektivlərin pisləşməsi riski daha ağırdır. Dünya maliyyələşdirmə şərtlərinin pozulmasının çoxalması, xarici maliyyələşmə baxımından kəskin pisləşmə, maliyyə axınları istiqamətində dəyişiklik iş fəaliyyətinin zəifləməsinə səbəb ola bilər» . Bunu Dünya Bankının ekspertləri bildirirlər. Bank analitiklərinin fikrincə, siyasi qeyri-müəyyənliyin kəskin artması bu regionlarda biznes fəaliyyətinə mənfi təsir göstərə bilər.
Xüsusilə, Avropa İttifaqı üzvləri arasında siyasi məsələlər üzrə fikir ayrılığı xarici investorları qorxuya sala bilər.
Nəhayət, region açıq ticarət prinsiplərinə sadiqdir və qlobal dəyər zəncirlərinə inteqrasiya olunduğundan, o, dünyada artan əhval-ruhiyyəyə qarşı həssas olacaq.
Ümumilikdə, Dünya Bankı 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də dünya iqtisadiyyatının 3.1 faiz səviyyəsində artacağını proqnozlaşdırır.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info