“Vətəndaş jurnalistikası inkişaf edir”
Tarix: 06.06.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“Ruh” Jurnalistlərin Müdafiəsi İB QHT Şurasının layihəsi çərçivəsindəki ilk toplantısını Tovuzda təşkil etdi


“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsi çərçivəsindəki ilk toplantı Tovuz rayonunda baş tutub.

Toplantını giriş sözü ilə açan Tovuz Rayon Gənclər Mərkəzinin direktoru Rauf Rüstəmov layihə çərçivəsində müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin, eləcə də digər qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlər cəmiyyətin müxtəlif təbəqələri arasında sosial şəbəkələrdən düzgün istifadə vərdişlərinin yaranmasına əhəmiyyətli dəstəkdir.

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri Əvəz Rüstəmov “Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsinin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, elektron media və sosial şəbəkələr günümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. “Əlbəttə, bu, yaxşı haldır. Çünki vətəndaş jurnalistikası inkişaf edir. Bu isə bütövlükdə cəmiyyətdə yaranan problemlərin aradan qaldırılması baxımından vacibdir. Eyni zamanda hər bir şəxs söz və ifadə azadlığından bəhrələnir. Ancaq bəzən mövcud müstəvidə kimlərinsə özünü təsdiqləmək istəyi bir başqalarının hüquqlarının pozulması ilə nəticələnir. Bundan itirən isə hər birimizik. Layihəmiz bir növ həmin itkilərdən sığortalanmaq, onların qarşısını almaq məramından qaynaqlanır”, - deyən Ə.Rüstəmov əlavə edib ki, layihə çərçivəsində Tovuzla yanaşı Masallı, Balakən və Şabran rayonlarında maarifləndirici xarakterli “dəyirmi masa”ların təşkili nəzərdə tutulur.

“Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsinin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə elektron media və sosial şəbəkələrlə bağlı yerli və beynəlxalq qanunvericilikdə rast gəlinən müddəalar, Azərbaycanda elektron medianın və sosial şəbəkələrin vəziyyəti, bu məkanda müzakirə edilən mövzuların spesifikası, informasiya təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı baxımından mənfi meyllər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb
08.12.2019
İntensiv qar yağacaq, güclü külək əsəcək...
08.12.2019
Samoada qızılca səbəbindən məktəblər bağlanıb
08.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info