Pakistan Azərbaycana birbaşa hava reysinin açılmasında maraqlıdır
Tarix: 07.06.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Pakistanlı iş adamları Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərmək istəyirlər

İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand ilə görüşüb. Görüşdə Şahin Mustafayev dost Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən, Pakistan səfirliyinin Bakıda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 1996-cı ildə, Prezident İlham Əliyev 2005-ci və 2017-ci illərdə Pakistana səfər edib, Pakistan rəsmiləri ölkəmizdə səfərdə olublar. 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan hökuməti ilə Pakistan hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupu fəaliyyət göstərir, 2017-ci ildə İşçi Qrupunun ilk iclası keçirilib. Müdafiə, humanitar sahələrdə də əməkdaşlığımız genişdir və Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra layihələr həyata keçirilib. Şahin Mustafayev Azərbaycanda bir sıra Pakistan şirkətlərinin fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar dairələrin iştirakı ilə müxtəlif tədbirlərin, biznes-forumların keçirildiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialı, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə Azərbaycanın tranzit imkanlarından istifadə imkanlarını diqqətə çatdırıb.
Səfir Səid Xan Mohmand Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyıb.
Səfir Səid Xan Mohmand ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının prioritet olduğunu bildirib, pakistanlı iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərməkdə, nəqliyyat, enerji, sənaye, əczaçılıq, tikinti, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Pakistandan Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edən səfir Azərbaycanın viza rejiminin sadələşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib. Səfir Bakı və İslamabad arasında birbaşa nəqliyyat əlaqəsinin qurulmasının Pakistan üçün önəmli olduğunu və bir Pakistan şirkətinin birbaşa hava reysinin açılmasına maraq göstərdiyini də diqqətə çatdırıb. Bundan başqa, Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa da maraq göstərir.
Səfir iqtisadiyyat nazirini iyul ayında Bakıda keçiriləcək Azərbaycan-Pakistan biznes imkanlarına dair konfransa və avqust ayında təşkil olunacaq Pakistan sərgisinə dəvət edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi: VİDEO
14.11.2019
“Azeri Light”ın bir barreli 67,43 dollara satılır
14.11.2019
Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi
13.11.2019
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir
13.11.2019
Prezident Rusiya nümayəndələrini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info