“TANAP dünya enerji bazarlarında səs salan nəhəng bir layihədir”
Tarix: 07.06.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər



“Turkiyegazetesi.com.tr”:

“TANAP Türkiyə və Azərbaycanın bu günə qədər uğurla həyata keçirdikləri layihələrin enerji sahəsindəki ən önəmli təmsilçilərindən biridir”


Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi də möhkəmləndirir. Azərbaycan qazının Trans-Anadolu təbii qaz boru xətti layihəsi-TANAP vasitəsilə Avropaya çatdırılması dünyanın diqqət mərkəzindədir. TANAP layihəsinin reallaşdırılması ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir.
Bu gün təkcə region üçün deyil, bütövlükdə qlobal əhəmiyyətli layihə hesab edilən və reallaşdırılması birbaşa Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən TANAP layihəsi başa çatmaq üzrədir. Bu meqa layihənin reallığa çevrilməsi Azərbaycan -Türkiyə strateji əlaqələrini daha da möhkəmləndirəcək. Ancaq bu layihələr yalnız 2 ölkə üçün deyil, bütövlükdə həm region, həm də Avropa İttifaqı ölkələri üçün də strateji önəmə sahibdir. Artıq bütün dünya da açıq şəkildə bəyan edir ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Avropa İttifaqının enerji resurslarının tədarük marşrutlarının şaxələndirilməsinə xidmət edən bir layihədir. Bu layihənin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev TANAP-ın Azərbaycanın maraqlarına hərtərəfli xidmət edən bir layihə olduğunu bildirib: “TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcək. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilib. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaq”.
Bu gün dünyanın tanınmış liderləri TANAP layihəsinin önəmi, onun əhəmiyyəti ilə bağlı fikirlərini bildirirlər. Artıq bu nəhəng layihənin açılış mərasimi də dünya ölkələrinin diqqət mərkəzində olacaq. Qeyd edək ki, bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, 12 iyunda Eskişəhərdə Trans Anadolu Doğal Gaz Boru Hattı Projesinin (TANAP) açılışının olacağını, açılışa Azərbaycan, Gürcüstan, Avropa və Balkan yarımadasından dövlət başçıları və baş nazirləri gələcək.
Bu nəhəng layihə ilə bağlı Türkiyə mediasında davamlı olaraq yazılar dərc edilir. Həmin yazılardan biri kimi “Turkiyegazetesi.com.tr”də “TANAP”da sona doğru” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz-2” və dənizin cənubundakı digər sahələrdə istehsal etdiyi təbii qazın Türkiyə üzərindən Avropaya daşınması məqsədi daşıyan TANAP-da sona gəlindi. Ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyədən keçən bu layihənin Gürcüstandan Türkgözü kəndindən daxil olmaqla Eskişəhərə qədər uzanan hissəsində boru birləşdirmə və qaynaq işləri də tamamlanıb. Burada, həmçinin qeyd edilir ki, TANAP Türkiyə və Azərbaycanın bu günə qədər uğurla həyata keçirdikləri layihələrin enerji sahəsindəki ən önəmli təmsilçilərindən biridir. Tarixi qardaşlıq əlaqələrini “İki dövlət, bir millət” ideyası ilə möhkəmlədərək davam etdirən iki ölkə üçün böyük əhəmiyyətə malik olan TANAP dünya enerji bazarlarında da səs salan nəhəng bir layihədir. TANAP layihəsi üzrə saziş 26 iyun 2012-ci ildə imzalanıb, bu layihə Türkiyə və Avropanın təbii qaz təhlükəsizliyinə böyük təsir göstərəcək.
TANAP Türkiyənin Gürcüstan sərhədində Ərdahanın Posof qəsəbəsi Türkgözü kəndindən başlayaraq 20 vilayətdən keçəcək və Yunanıstan sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatacaq. Bundan sonra kəmər Avropa ölkələrinə təbii qazı çatdıracaq olan TAP boru xəttinə bağlanacaq. Xəttin Türkiyədən çıxış nöqtələri isə Eskişəhər və Trakya bölgəsi olacaq. TANAP-da ilk qaz axını bu yay reallaşacaq, başlanğıc üçün illik 16 milyard kubmetr olacaq daşıma gücünün, pilləli olaraq 24, sonra isə 31 milyard kubmetrə çatdırılması hədəflənir. Beləliklə, TANAP Türkiyə sərhədi daxilində bu günə qədər reallaşdırılan ən iri və 1850 kilometr ilə ən uzun təbii qaz boru xətti layihəsi olacaq.
“Akşam.com.tr” saytında isə “İkinci Petkim 5 il ərzində 2 milyard dollara qurulur” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, “Petkim”, “Petlim limanı”, “Star” Neft Emalı müəssisəsi, və TANAP layihəsi ilə Türkiyənin ən böyük enerji investorları arasında yer alan Azərbaycanın SOCAR şirkəti qardaş ölkədə ikinci bir “Petkim” üçün investisiya qoymağa hazırlaşır. “Petkim”i 2008-ci ildə 2 milyard dollara satın alan şirkət indiyədək 760 milyon dollarlıq əlavə investisiya ilə illik 3,6 milyon ton petro-kimya istehsal edib. Şirkət İzmirdə ikinci bir “Petkim” qurmağa hazırlaşır. Bununla bağlı məlumat verən “Petkim”in icraçı direktoru Anar Məmmədov bildirib ki, “Petkim” Türkiyənin neft-kimya ehtiyacının 20 faizini ödəyir: “Bu da 1,5 milyard dollar edir. Ancaq bu kifayət qədər deyil. İkinci bir “Petkim” qurmağı qərarlaşdırırıq. İnvestisiyanın bütün tərəflərinin 2019-cu ildə tamamlanması planlanır. Ən az 2 milyard dollar investisiya qoymağı planlaşdırırıq. Bu başlayarsa, başa çatması 5 il çəkəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var
20.11.2019
Azərbaycanda mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib
20.11.2019
“Azərsun Holdinq” “Qadın Sahibkarlara Yaşıl İşıq” forumuna dəstək verdi
20.11.2019
“Cabmin.gov.az”: Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
20.11.2019
Mikayıl Cabbarov: “Rusiya ilə ticarət dövriyyəsi 20 faiz artıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info