Əfqanıstana yardım edəcəyik
Tarix: 12.06.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti üçün Azərbaycanda «Elektron hökumət» layihəsinin tətbiqinə dair təqdimat keçirildi.

Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son illər ərzində Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verərək hazırda İKT sektorunda həyata keçirilən layihələr barədə danışdı: «Ötən il Azərbaycanın İKT sahəsi 18% artıb və bu sahədə 1,9 mlrd. ABŞ dolları məbləğində gəlir əldə olunub ki, gəlirlərin 80%-i özəl sektorun payına düşüb». E.Vəlizadə həmçinin bildirdi ki, son 5-6 il ərzində Azərbaycanda internetin qiyməti də kəskin aşağı düşüb. Belə ki, əgər 2007-ci ildə ölkədə 1 Mbit/saniyə internetin qiyməti 372,9 dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 158,2 dollara, 2009-cu ildə 39,8 dollara, 2010-cu ildə 24,9 dollara, 2011-ci ildə 19 dollara, 2012-ci ildə isə 12 dollara bərabər olub. Nazir müavini həmçinin Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), artıq istismarına başlanılan «Europe Persia Express Gateway» (EPEG), Azərbaycanda genişzolaqlı internetin inkişafı kimi layihələrdən danışdı, «Azerspace-1» milli süni peyk barədə məlumat verərək Əfqanıstanı bu peykin imkanlarından istifadə etməyə çağırdı.
E.Vəlizadə hazırda ölkədə «Elektron hökumət» layihəsinə böyük diqqət yetirildiyini qeyd etdi və bildirdi ki, hazırda 40 mərkəzi icra orqanı «Elektron hökumət» portalına qoşulub və onlar tərəfindən 217 elektron xidmət göstərilir. Gələcəkdə isə bu xidmətlərin sayı 417-ə çatdırılacaq: «Biz bu sahədəki təcrübəmizi Əfqanıstanla bölüşməyə hazırıq».
O da vurğulandı ki, Əfqanıstan hökuməti informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə qeyd edib və Azərbaycanın e-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycanda və Əfqanıstanda ölkə üzrə nümayəndəlikləri e-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardım göstərməsinə dair razılığa gəlinib.
Xatırladaq ki, Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfəri iyunun 15-dək davam edəcək. Bu müddət ərzində Əfqanıstan nümayəndə heyəti Azərbaycanın bir sıra dövlət qurumlarında görüşlər keçirəcək.

Mobil nömrələrin daşınması prosesinə yaxın vaxtlarda start veriləcək

Elmir Vəlizadə onu da bildirdi ki, Azərbaycanda mobil rabitə operatorlarının abunəçilərinin telefon nömrələrinin digər operatora daşınması prosesinə yaxın zamanlarda rəsmən start veriləcək.
Nazir müavini qeyd etdi ki, daşınan nömrələr layihəsi (MNP-Mobile Number Portability) üzrə hazırda gərgin iş aparılır və mobil rabitə operatorları layihə üzrə son tamamlama işləri həyata keçirir. «Yaxın bir müddət ərzində daşınan nömrələr layihəsinə start veriləcək və istənilən mobil rabitə abunəçisi nömrəsini dəyişmədən operatoru dəyişə biləcək».

Bütün yerli icra hakimiyyəti orqanları “Elektron hökumət”
portalına qoşulacaq

Elmir Vəlizadənin sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı» çərçivəsində bütün yerli icra hakimiyyəti orqanlarının «Elektron hökumət» portalına qoşulması gözlənilir. E.Vəlizadə qeyd etdi ki, hazırda 40 mərkəzi icra orqanlarının hər biri «Elektron hökumət» portalına qoşulub və onlar tərəfindən 217 elektron xidmət göstərilir: “Ümumiyyətlə, «Elektron hökumət» layihəsinə gündən-günə maraq artır və buna paralel olaraq elektron xidmətlərdən istifadə edənlərin sayı da artmaqdadır”. Qeyd edək ki, «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı»nın layihəsi artıq hökumətə təqdim edilib.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info