“Qlobal bazara çıxa biləcək layihələr formalaşıb”
Tarix: 07.06.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub. Startap ideyalarının müəllif hüquqlarının təmin olunması ilə bağlı müzakirələrdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib. Nazirlikdən “Palitra”ya bildirilib ki, görüşdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, yüksək texnologiyalar və innovasiyalar sahəsində müəllif hüquqlarının təmin olunması, innovativ startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra uğurlu startap layihələrinin müəlliflərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan və Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinin rezidenti olan startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnoloji yeniliklərin patentləşdirilməsinin vacibliyi qeyd edilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərildiyini vurğulayıb. Nazir bildirib ki, bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb. “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib. Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün münbit şərait yaradılıb. Hazırda ölkədə mövcud ekosistemin inkişafı üçün bir sıra işlər aparılır ki, biznesə çevriləcək ideyaların patentləşdirilməsi də bu prosesin vacib tərkib hissəsidir” - deyə nazir qeyd edib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri bildirib ki, bu gün dünyada startap ideyalarının patentləşdirilməsi öz aktuallığını saxlayır. Baş direktor yeni ideyaların müəllif hüququnun əldə edilməsinin layihə müəlliflərinə beynəlxalq bazarda əlavə dividendlər qazandırdığını deyib. Həmçinin bu sahədə fəaliyyət göstərən azərbaycanlı startapçılara ideyalarını patentləşdirmək, onu ticarət nişanına çevirmək üçün rəhbəri olduğu təşkilat tərəfindən dəstək göstərilə biləcəyini qeyd edib. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə startapçılara öz layihələrini qeydiyyatdan keçirməyi tövsiyə edib. Bu işdə zəruri texniki dəstəyə hazır olduqlarını bildirən K.İmanov bir neçə startap layihəsinin agentlik tərəfindən patentləşdirildiyini də diqqətə çatdırıb. Daha sonra startapçıların bu sahədə üzləşdiyi problemlərlə bağlı layihə müəlliflərinin rəy və təklifləri dinlənilib və müvafiq tövsiyələr verilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info