İraqda bir gündə onlarla insan ölüb
Tarix: 12.06.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


İraqın Kərkük, Mosul, Səlahəddin və Bakuba şəhərlərində baş vermiş bir neçə terror aktı onlarla insanın həyatına son qoyub, 100-dən çox insan isə yaralanıb. Bu barədə Türkiyə KİV-ləri məlumat verir. Belə ki, Kərkükdə bir hərbi məntəqəyə bomba yerləşdirilmiş avtomobillə təşkil edilən hücum nəticəsində terrorçu-intiharçı və 1 hərbçi həlak olub, 14-ü xəsarət alıb. Mosul şəhərində isə 4 partlayış baş verib. İlkin məlumatlara görə, ən azı 11 nəfər ölüb, 22 nəfər yaralanıb. Alınan məlumata görə, Mosulun cənubundakı Devreti əs-Səvas bölgəsində bir terrorçu-intiharçı istifadə etdiyi maşını polis məntəqəsinin qarşısında partladıb. Bir neçə mülki vətəndaşla yanaşı, 7 polisin həlak olduğu, 12 nəfərin yaralandığı bildirilir.
Şəhərin qərbindəki Nehravan bölgəsində bir terrorçu-intiharçının hərbi nəzarət məntəqəsində avtomobili partlatması nəticəsində 1 hərbçi, 2 mülki şəxs və hadisəni törədən ölüb, 10 nəfər yaralanıb. Həmçinin şəhərdə şəxsiyyəti məlum olmayan silahlıların asayişi qoruyan 2 polisə atəş açması nəticəsində 1 polis həyatını itirib, 1 polis yaralanıb. Mosulun 17 İyul və əz-Zəncəli bölgələrində də partlayışların baş verdiyi bildirilir, lakin təfərrüatlar açıqlanmır. Həmçinin Səlahəddin şəhərinin Tuzhurmatu rayonunun Ağsu məhəlləsindəki İraq türkmanlarına məxsus kafenin yaxınlığında avtomobilə yüklənmiş bombanın işə düşməsi ilə 3 nəfər ölüb, 28 nəfər xəsarət alıb. İyunun 10-u səhər saatlarında Bakuba şəhərindəki bazarda ardıcıl baş vermiş partlayışlar nəticəsində 10 nəfər həlak olub, təqribən 40 nəfər xəsarət alıb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Bakubadakı xalq bazarındakı bomba yüklü avtomobil partladılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info