“Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur”
Tarix: 07.06.2018 | Saat: 13:24:00 | E-mail | Çapa göndər


"Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.
“İndi Təzəpir məscidinin ətrafı təmizlənir. Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. “İmamzadə” tarixi-dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi dövlət tərəfindən əsaslı şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində azan səsi eşidilir. Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilmişdir. Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi kimi, prezident seçkilərindən sonra mənim getdiyim birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya seçkilərdən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilərdim. Məhz seçkilərdən sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavab məscidinin açılışı hesab edirəm ki, böyük məna daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan vətəndaşları bunu çox gözəl başa düşürlər. Eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır”, deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev deyib ki, bu istiqamətdə həm dövlət, həm də ictimai qurumlar öz töhfəsini verirlər: “Bu, bizim borcumuzdur. Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir”.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Kəlbəcər Ordumuza təhvil verildi
24.11.2020
Ermənilərin “yanmış torpaq“ strategiyası AK-nin diqqətində
24.11.2020
Kəlbəcəri boşaldan erməni hərbçiləri hərbi hissəni partladıblar - VİDEO
24.11.2020
Qərb niyə Dağlıq Qarabağ münaqişəsinin həllindən narazıdır
24.11.2020
Əsgərlərimizin çəkdiyi bu görüntülər rekord qırdı – VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info