Xızıda dövlət dəstəyi ilə ixracyönümlü müəssisələr yaradılır
Tarix: 07.06.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


İyunun 7-də Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 7,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər istixana kompleksinin yaradılması, heyvandarlıq və başqa sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yeri açılacaq.
AZƏRTAC xəbər verir ki, güzəştli kreditlər sahibkarlara İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızıda keçirilən işgüzar forum çərçivəsində təqdim olunub.
Forumda Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan arıçılıq, istixana, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Tədbirdə sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.
Fondun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara 39,2 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem emalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Ümumilikdə, bugünkü tədbirdə təqdim olunan kreditlər də daxil olmaqla, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1245 investisiya layihəsinin maliyyələşdirilməsinə 389,7 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Xızıda dövlətin güzəştli krediti ayrılan 20 hektar ərazidə müasir istixana kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilib.
Son illər ümumi dəyəri 476,7 milyon manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib. Bundan başqa, ümumi dəyəri 620 milyon manat olan istixana komplekslərinin yaradılması üzrə 51 layihəyə investisiya təşviqi sənədi verilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info