Qazaxıstanda gənclərimizə nümunə olan idmançı
Tarix: 07.06.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Cuma Əliyev: “Ümid edirəm ki, Qazaxıstanda azərbaycanlı idmançıların sayı ildən-ilə artacaq”
Bu gün xarici ölkələrdə yaşayan gənclərimiz müxtəlif sahələrdə ölkəmizi tanıdırlar. Bu baxımdan xaricdəki idmançı gənclərimiz də öz uğurları ilə ölkəmizin adını ucaldırlar. Qazaxıstandakı gənc idmançımız Cuma Əliyev də belə gənclərimizdəndir. Cuma Əliyev daima öz üzərində işləyən idmançılardandır. Soydaşımız gənc idmançı kimi özünü Qazaxıstanda təsdiq edib.
Qeyd edək ki, Cuma Orxan oğlu Əliyev 21.05.1997-ci ildə Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərində doğulub və 5 yaşından sərbəst güləşlə məşğul olub. Ekibastuzda Cumanın məşqçisi Saybotalov Xamit Nurislamoviç olub. Ekibastuzda “Djasıbay” sport kompleksində məşq edib. O, Ekibastuz şəhərində bir neçə dəfə yarışlarda iştirak edərək mükafatlara layiq görülüb.
Həmvətənimiz Mingəçevir şəhərində də güləş üzrə məşq edib. Gəncədə, Cəlilabadda yarışlarda iştirak edib və təltif olunub. Azərbaycanda Cuma Əliyevə Gənclər və İdman Nazirliyi tərəfindən idmançı olaraq üzvlük vəsiqəsi təqdim olunub.
Cuma hazırda Astana şəhərində yaşayır və bodibildinqlə məşğul olur. Astanada onun məşqçisi Plaksin Aleksandır Viktoroviçdir.
Xatırladaq ki, Cuma idmançı oğludur. Onun atası Orxan Əliyev də idmanla məşğul olur. Orxan Əliyev 03.05.1971-ci ildə Azərbaycanın Goranboy rayonun Zeyvə kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib. Hərbi xidməti başa vurduqdan sonra polis işləyib. 2009-cu ildən Astanada yaşayır. O, eyni zamanda diaspor işində də aktivdir. Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqında gənclər siyasəti üzrə vitse-prezident vəzifəsində çalışır.
Onu da əlavə edək ki, Cumanın qardaşı Əli Əliyev də idmançıdır. O, 17.11.2011-ci ildə Astana şəhərində doğulub. Hal-hazırda karate ilə məşğul olur.
Bu gün Cuma Əliyev Qazaxıstanda bir idmançı olaraq gənc nəslə nümunədir. O, hazırda növbəti yarışına hazırlaşır. Cuma Əliyev bizimlə söhbətində dedi ki, həmişə olduğu kimi, yarışa çox ciddi hazırlaşır: “Hər bir idmançının arzusu odur ki, iştirak etdiyi yarışda çempion olsun, ölkəsinin bayrağını qaldırsın, himnini səsləndirsin. Bu yarışda hədəfim çempion olmaqdır”. O, müəllimləri ilə hər zaman fəxr etdiyini və onların ümidini doğrultmağa çalışdığını bildirdi.
Onun sözlərinə görə, bir idmançı kimi onun fəaliyyəti qazaxlarda, eləcə də soydaşlarımızda ruh yüksəkliyi yaradır: “Qazax idmançılar hər zaman mənim hörmətimi saxlayırlar. Mənim Qazaxıstandan olan çoxlu idmançı dostlarım var”.
Cuma Əliyev bildirdi ki, diasporun dəstəyi ilə Qazaxıstanda idman zalı açıb, yeni nəsil idmançılar yetişdirmək olar: “Mənim bir idmançı kimi əsas istəklərimdən biri də Qazaxıstanda azərbaycanlı gəncləri bir araya toplamaq, yeni nəsil azərbaycanlı idmançılar yetişdirməkdir. Qazaxıstanda potensial gənclərimiz var. Mən bilirəm ki, azərbaycanlılardan Avropa və dünya çempionu çox olub. O potensial buradakı gənclərdə də var. Burada idman məktəbi olsa, elə gənclər uğur əldə edə bilərlər. Hətta burada olimpiya çempionu olacaq gənclərimiz var. Ümid edirəm ki, Qazaxıstanda azərbaycanlı idmançıların sayı ildən-ilə artacaq. Çünki xaricdəki hər bir idmançının qazandığı uğur elə dövlətimizin, xalqımızın uğurudur”.
Cumanın atası Orxan Əliyev oğlu ilə fəxr etdiyini və ondan böyük nəticələr gözlədiyini dedi: “Xaricdəki hər bir soydaşımızın uğuru bizi sevindirir. Çünki xaricdə görülən hər bir iş dövlətimiz, xalqımız adınadır. Cuma da əldə etdiyi nailiyyətlərlə xalqımızın adını Qazaxıstanda ucaldır”.

Fuad Hüseynzadə 




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info