“Ermənistanda keçirilən bütün seçkilər saxtalaşdırılıb”
Tarix: 07.06.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, indiyədək ölkədə keçirilən demək olar bütün parlament və prezident seçkiləri saxtalaşdırılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Paşinyan bunu iyunun 7-də respublika parlamentində çıxışı zamanı bildirib.
“Mən hesab edirəm ki, 1991-ci ildə keçirilən prezident seçkilərindən və 1999-cu ildə keçirilən parlament seçkilərindən başqa digər bütün seçkilər saxtalaşdırılıb. Bunun üçün fiziki məhvdən başlamış, seçki prosesi zamanı rüşvətə qədər bütün qanunsuz vasitələrdən istifadə olunub”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib. O, həmçinin bu proses səbəbindən ölkədə əxlaq qaydalarına zidd atmosferin yarandığını qeyd edib.
“Ermənistanda bütün qüsurlu hadisələrin bununla birbaşa əlaqəsi var. Yeni hökumət belə proseslərin kökünü kəsməli, azad və demokratik parlament seçkiləri keçirməlidir”, - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamentində Paşinyan hökumətinin yeni proqramının müzakirəsi davam edir. Nazirlər Kabinetinin və onun rəhbərinin gələcəkdə fəaliyyət göstərməsi məsələsi və yeni parlament seçkilərinin keçirilməsi perspektivi proqramın parlament tərəfindən qəbul edilməsindən və ya rədd olunmasından asılıdır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info