“Azərişıq” rəsmisi: “Yeni xidmət sayəsində istehlakçıların işi asanlaşacaq”
Tarix: 07.06.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC yeni “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətini istifadəyə verib.
 
Bunu bu gün “Azərişıq” ASC-də keçirilən mətbuat konfransında  “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.
 
Onun sözlərinə görə, yeni xidmət sayəsində artıq istehlakçının işi asanlaşacaq, vaxta və büdcəyə qənaət ediləcək: “Keyfiyyətlilik və təhlükəsizlik təmin ediləcək. Odur ki, elektrik avadanlıqlarının istismarı zamanı, anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün indi ən yaxşı yol “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaq və “Azərişıq” ASC-nin “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətindən faydalanmaqdır”.
 
E. Rüstəmli bildirib ki, artıq zavod, fabrik, müəssisə, təşkilat, şirkət, ofis, bağ, villa bir sözlə özəl sektorda, o cümlədən şəxsi mülkiyyətdə olan bütün kommersiya, kənd təsərrüfatı, sənaye və digər sahələrdəki istehlakçılar, balansındakı elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsini daha asan yolla və peşəkarlara həvalə edərək həll edə biləcəklər.
 
“Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev isə bildirib ki,
bu xidmət vasitəsi ilə abonentlərə kabel xətlərinin diaqnostikası, zədələrin təyini, istənilən hava şəraitində xətlərə baxış, ağacların budaqlarının neytrallaşdırılması, köhnə dayaqların dəyişdirilməsi, ildırımdan mühafizə troslarının ölçülməsi,  transformatorlara baxış, yağ əlavəsi, gərginliyin nizamlanması, açıb-qoşma əməliyyatları, özəl müəssisələrin balansında olan yarımstansiyalarda daimi növbətçiliyin təşkili, açarların dəyişdirilməsi, ölçü cihazlarının quraşdırılması və ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir.  Bu xidmətin abonent üçün kifayət qədər üstünlükləri və xeyri var: “Məsələn, hansısa istehlakçının balansında olan yeraltı kabel və ya hava xəttində nasazlıq yaranır və bunun səbəbi bilinmir.  Sözsüz ki, xəttin diaqnostikası, zədəli yerin ən qısa vaxta təyin edilməsini bütün maddi texniki bazası mövcud olan “Azərişıq”dan kənar hansısa elektrik işçisinin həyata keçirməsi mümkünsüz görünür. Ən azı ona görə ki, aparatların tapılması, bundan sonra lazım olan mal materialın axtarılaraq alınması, iş aparmaq üçün elektrikin kəsməsinə icazə almaq, yeraltı kabeldirsə ərazinin qazılması və örtülməsi, hava xəttidirsə kranın və başqa texnikanın gətirilməsi vaxt itkisi ilə yanaşı ikiqat xərcdir. Üstəlik onun elektrik təhlükəsizlik qaydalarına uyğun olub-olmayacağı da şübhə altındadır. Lakin bu iş “Azərişıq” ASC-nin peşəkar kadrları tərəfindən ən müasir avadanlıqlarla həyata keçiriləndə həm istehlakçıların işi asanlaşır, həm təhlükəsizlik tədbirləri artırılır, həm vaxta qənaət edilir, həm israfçılığa yol verilmir, həm də keyfiyyətlilik və dayanıqlılıq təmin edilir”.
 
V. Əliyev bildirib ki, “Azərişıq” ASC bundan sonra da istehlakçıların işinin asanlaşdırılması, təhlükəsizliyin təmin olunması və abonentlərin məmnunluğu üçün fəaliyyətini davam etdirəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info