“Müxalifətin ziyalılar adından danışması yolverilməzdir”
Tarix: 12.06.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Yəhya Babanlı: “Naxçıvanlılar birmənalı şəkildə Heydər Əliyev ideyalarına sadiqdirlər. Bu kursu uğurla həyata keçirən Prezident İlham Əliyevi dəstəkləyirlər”

Orxan Həsənoğlu: “Minlərlə ziyalı ordusu adından danışmaq bu ziyalılara qarşı hörmətsizlikdən başqa bir şey deyil”


Bəzi müxalifət partiyaları seçki öncəsi müxtəlif yalançı adlar altında qurumları təqdim etməyə çalışır, onların guya “toplantı” keçirdiklərini ortaya qoyurlar. Belə qurumlardan biri də “Naxçıvan Ziyalılar Birliyi” adında təqdim edilən qurumdur.
Bu qurumun “yığıncaq” keçirdiyi bildirilir. Guya “qurum” “ölkədəki ictimai-siyasi vəziyyəti” müzakirə edib. Amma tanıyanlar əslində “Naxçıvan ziyalıları” adından çıxış edənlərin kim olduğunu bilməmiş deyil. Məsələn, tədbirdə çıxış edən Müsavat Partiyasının nümayəndəsi, “milli şura”nın üzvü İbrahim İbrahimli olub. Bundan başqa isə biz “Naxçıvan ziyalıları” adından danışanlar arasında AXCP sədrinin müavini, Milli Şura üzvü Asəf Quliyevi görürük. Hər hansı bir regiondan bir-iki müxalifətçinin durub çıxış etməsi və özünün mövqeyini bütün regionun ziyalılarının mövqeyi kimi təqdim etməsi yanlışdır və ictimaiyyəti aldatmağa edilən cəhdlərdir. Eləcə də bir-iki nəfərin “təşkilat” adı altında bir araya gəlməsi və bütöv bir bölgəni guya təmsil etdiklərini bildirməsi də reallıqdan uzaq və qeyri-ciddi hərəkətlərdir, etik baxımdan da qəbuledilməzdir. Ayrıca, son zamanlar müxalifət “ziyalılar” adından yararlanmağa çalışaraq cəmiyyəti çaşdırmağa çalışır. “Ziyalılar forumu” adı ilə yaranan qurumda toplaşan bir çox ziyalıları da bu cür aldatmağa, onları yeri gəldi-gəlmədi, siyasətə q oşmağa təhrik edirdilər. Məhz bu cür manipulyativ cəhdlər üzündən həmin “ziyalılar forumu” sonda dağılmalı, parçalanmalı oldu. Həmçinin bəziləri həmin qurumda əbəs yerə “ziyalı” adı ilə ictimai kapital tolplamağa çalışaraq, sonra siyasi iddialarını irəli sürmək niyyəti güdürdülər. Bu baxımdan belə sui-istifadə cəhdlərinə Eldar Namazov, Eldəniz Quliyev və digərləri artıq nəyə görə “ziyalı” olmağa can atdıqları bəlli olanları misal çəkmək olar. Elə son günlər Aslan İsmayılovun bu barədə olan fikirləri də maraqlıdır. Vəkil Aslan İsmayılov bildirib ki, vaxtı ilə “ziyalılar forumu”ndan getməsi və indi də “milli şura”ya üzv olmaqdan imtina etməsi eyni səbəblə əlaqədardır: “Ziyalılar forumu”ndan getməyimin səbəbi Eldar Namazovla münasibətlərimizdəki gərginlik olub”. A.İsmayılov deyib ki, Eldar Namazov onun Rüstəm İbrahimbəyovla da münasibətlərini korlamışdı. Bu da E.Namazov kimilərinin “ziyalılığı”...
İndi də “Naxçıvan ziyalıları” adından bir-iki nəfər danışmağa cəhd edir. Amma onların bu hərəkətinə qarşı etirazlarını bidirənlər kifayət qədər çoxdur. Bu barədə bizə fikirlərini bildirən gənc ziyalı, Odlar Yurdu Universitetinin müəllimi Yəhya Babanlı belə dedi: “Hər bir azərbaycanlının, xüsusən də ziyalıların fikirinə hörmətlə yanaşıram. O ki qaldı 3-4 nəfərin çıxıb cəm halında hər hansısa bir regionun adından danışmasına, bu arzuolunmazdır. Çünki demokratik cəmiyyətdən söhbət gedirsə, orada hər bir kəsin fərdi fikri və münasibətlərə şəxsi yanaşma tərzi mövcuddur. Mənim tanıdığım həmyerlimə gəlincə isə birmənalı deyə bilərəm ki, onlar Heydər Əliyev ideyalarına sadiqdirlər. Bu kursu uğurla həyata keçirən Prezident İlham Əliyevi dəstəkləyirlər. Çünki Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın milli-müstəqil dövlətçiliyinin qüdrətlənməsi deməkdir”.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, daha bir gənc ziyalı Orxan Həsənoğlu isə belə dedi: “Naxçıvan Muxtar Respublikasında minlərlə ziyalı ordusu var. Onlar adından onların siyasi iradəsi, azad fikri, ictimai fikirləri haqqında danışmaq bu ziyalılara qarşı hörmətsizlikdən başqa bir şey deyil. Bu gün Muxtar Respublikada yaşayan insanlar azad, firavan gözəl həyat tərzi sürürlər. Sadəcə bir faktı demək yetərlidir ki, bu gün Muxtar Respublikanın bütün məktəblərində ən gözəl şərait yaradılıb.
Xüsusilə ölkəmizin bütün bölgələrində həmçinin, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da ziyalılara dövlət qayğısı bütün ziyalıların rəğbətinə səbəb olub. Bir neçə müxalif fikirli insanın ziyalılar adından danışması isə yolverilməzdir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info