“Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib”
Tarix: 07.06.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edərək bir sıra olduqca mühüm mesajlar verdi. Əgər bunların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə, digər mühüm qismi hazırkı isə beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, bu kontekstdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsini önə çəkərək həm dünya ictimaiyyətinə, həm də Ermənistan və Azərbaycan ictimaiyyətinə, eləcə də problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara Azərbaycanın prinsipial mövqeyi və problemi həll etməyin vacibliyi ilə bağlı fikirlərini çatdırdı:
“Məsələ ondadır ki, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərəcədə strateji keyfiyyət dəyişiklikləri baş verib. Yeni dünya nizamına doğru mühüm addımlar atılıb və bu proses dinamikdir. Mulitipolyar dünya nizamı üçün yaxşı perspektivlər yaranır. Azərbaycan isə həyata keçirdiyi praqmatik və düşünülmüş siyasət sayəsində yeni güc mərkəzi formalaşdırmaqla əslində perspektiv multipolyar mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır. Bu prosesdə Azərbaycan daima ərazi bütövlüyümüzün bərpası məqsədini prioritet kimi müəyyənləşdirərək özünə yeni müttəfiqlər qazanmaqla Ermənistanın ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərəfinə çəkməyi bacarıb. Buna paralel olaraq beynəlxalq təşkilatlarla və beynəlxalq ictimai rəylə də xüsusi işlər aparılıb və ümumi mövqe lehimizə dəyişib”.
Deputat vurğulayıb ki, Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib: “Ona görə də Prezident İlham Əliyev öz nitqində dedi: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Bu fikirlər indiyə qədər Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir”.
H.Babaoğlunun fikrincə, məsələnin ikinci tərəfi isə iqtisadi sahə ilə bağlıdır: “Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirdi: “Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi və demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyir”. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.
Deputat qeyd edib ki, göründüyü kimi, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb və hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib:
“Bu isə problemin həllini diqtə edir, çünki aclıq və səfalət içərisində yaşayan Ermənistan Azərbaycanın torpaqlarını üzün müddət işğal altında saxlaya bilməz. Prezident İlham Əliyev məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edərək bildirdi: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”. Bu fikirlərin bir qədər daha qlobal şərhi belə nəticəyə gəlməyə imkan verir ki, Dağlıq Qarabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər ki, bu da həm Cənubi Qafqaz ücün rifah və sabitlik, həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info