Dillər Universiteti nəzdində Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir
Tarix: 07.06.2018 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


İyunun 7-si Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
ADU-dan  bildiriblər ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin ilə Azərbaycan arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Çin bazarında Azərbaycanın turizm məhsulunun və Azərbaycan bazarında Çin turizm məhsulunun iştirakını, dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində turizm xidməti keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. Sonra turizm sektoru üzrə peşəkar kadrların hazırlanması istiqamətində, turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsinin aparılması sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info