İnternetdən istifadə edən məktəblini nəzarətsiz buraxmaq olmaz
Tarix: 12.06.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Əli Hüseynli: “Uşaqların internet təhlükəsizliyi problemi aktuallaşır”

Sevinc Fətəliyeva: “Uşaq zorakılığının aradan
qaldırılması üçün maarifləndirmə işləri daha da genişləndirilməlidir”


Azərbaycan Milli Məclisində "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Avropa Şurasının "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində keçirilir. Konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova, Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirdilər.

Həmçinin tədbirə AŞ PA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədr müavini Valeriu Qiletçi, AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero, AŞPA üzvləri Stefan Şennak, Klemens Lammerskitten, Yunanıstan Parlamentinin üzvü Maykl Katrinis, o cümlədən UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qatılmışdılar. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, internetin yeniyetmələrin həyatına müdaxilə etməsi dövləti müəyyən dərəcədə problemlərlə üzləşdirir. Onun sözlərinə görə, bu məsələ Azərbaycanda uşaqların internet təhlükəsizliyi problemini aktuallaşdırır: "Odur ki, bu problemin həllində hamının birləşməsinə ehtiyac var". Ə.Hüseynli bildirdi ki, son vaxtlar Azərbaycanda genişzolaqlı internetdən istifadə edənlərin sayı artmaqdadır və bu da şübhəsiz ki, uşaqların bundan istifadə zamanı təhlükəsizliyinə ciddi maneə yaradır ki, buna xüsusi diqqət ayırmaq lazımdır. O qeyd etdi ki, bu problemin qarşısının alınması üçün vətəndaş cəmiyyəti, özəl sektorun və beynəlxalq qurumların birliyinə ehtiyac var: "Həmçinin bu məsələ tənzimləyici və özünütənzimləyən mexanizmlərin yaradılmasını ortaya qoyur. Orta məktəblərdə, təlim-tərbiyə müəssisələrində, xüsusilə, azyaşlılar arasında internetdən istifadəyə məsul şəxslər təyin olunsunlar və onlar bu işə nəzarəti həyata keçirsinlər. Bununla yanaşı, aidiyyəti qurumlarda internetdən istifadə zamanı təhlükəsizlik məsələlərinə nəzarət edəcək strukturların yaradılması da mümkündür". Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva konfransın açılışında bildirdi ki, tədbir uşaqlara qarşı zorakılıqla mübarizə proqramı çərçivəsində 3-cü konfransdır: “Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində önəmli işlər görülür və ölkədə uşaq zorakılığı ilə mübarizə yüksək sosial status əldə edib. Uşaq zorakılığının yaranmasının əsas səbəbi uğursuz ailələrin sosial vəziyyətidir və bu səbəbdən maarifləndirmə işləri daha da genişləndirilməlidir”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə tədbirdə bildirdi ki, uşaq hüquqlarının müdafiəsi, onlara qoyulan kapital gələcəyin təməli deməkdir və Azərbaycan dövləti də bunu yaxşı anlayaraq uşaq hüquqlarının təminatı məsələsinə xüsusi əhəmiyyət verir: "Uşaq əməyinin istismarı, uşaqlara qarşı zorakılıq bizi çox narahat edir və bu sahədə Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, qanunverici bazanı təkmilləşdirib. Azərbaycan müharibəyə cəlb olunmuş bir ölkədir və bir milyondan artıq insanı qaçqın və köçkün problemi ilə üz-üzə qoyulub, bu isə uşaqların da rifahına olduqca mənfi təsir göstərir”.
AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero isə çıxışında AŞPA-nın 2013-cü ilin aprel ayında keçirilmiş sessiyasında uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi məsələsinin qaldırıldığını bildirdi: “Bu istiqamətdə "Hər beş uşaqdan biri" kampaniyasının gedişi haqqında məlumat verən Bone Pero kampaniyaya ortamüddətli baxış mövzusunda da danışdı: “Avropa Şurasına üzv ölkələr birgə çalışmalıdırlar ki, insan hüquqları sahəsində yüksək göstəricilərə nail ola bilsinlər. Uşaqlar cəmiyyətin zəif təbəqəsidir və hüquqların pozulması hallarına məruz qalırlar. Uşaqlar özlərini müdafiə edə bilmirlər, çünki onlar yaxınları tərəfindən zorakılığa məruz qalırlar".
Moldova Parlamentinin deputatı, AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsinin sədri Valeriu Qiletçi bildirdi ki, müxtəlif cinsi zorakılıq məsələlərində məlumatlılığın artırılması, ən yüksək hüquq standartlarının təminatı əsas məsələdir. O, Bakıda keçirilən iclas çərçivəsində bu məsələlərin geniş şəkildə müzakirə ediləcəyi diqqətə çatdırıldı.
Məlumat üçün onu da bildirək ki, konfransın keçirilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin xüsusi Alt Komitəsi də yaradılıb. Konfrans çərçivəsində təsis olunan Xüsusi Alt Komitənin iclası da keçiriləcək.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info