ADPU-nun əməkdaşları Finlandiyada keçirilmiş növbəti təlimdə iştirak ediblər
Tarix: 07.06.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları-Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin Texniki xidmət bölməsinin müdiri Rüfət Əliyev PETRA layihəsi çərçivəsində Finlandiyanın Jivaskala şəhərində yerləşən Jivaskala Universitetində keçirilmiş növbəti təlimdə iştirak ediblər. 
“Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teasching and Learning in Azerbaijani Universities – PETRA) layihəsi çərçivəsində “Tədris və təlim prosesində texnologiyadan istifadənin genişləndirilməsinin yayılması” mövzusunda keçirilmiş görüş tərəfdaş universitetlərin, o cümlədən Jivaskala Universitetinin təcrübəsini öyrənmək məqsədilə həyata keçirilib. Azərbaycandan və Avropadan ümumilikdə 14 tərəfdaş ali məktəblərin nümayəndələrinin iştirak etdikləri sayca dördüncü görüş maraqlı və faydalı proqram üzrə keçirilmiş təlim və seminarlarla yadda qalıb. 
Azərbaycan universitetlərində təlim prosesinin təkmilləşdirilməsi, universitetin öyrənmə-öyrətmə prosesi ilə bağlı ehtiyaclarının müəyyənləşdirilməsi və onların daxili müzakirəsinin aparılması məqsədini daşıyan layihə çərçivəsində keçirilən növbəti görüşdə elektron tədris, təlim, bu sahədə mövcud olan vasitələr, tədqiqat işlərinin xüsusi məlumat bazasında saxlanılması haqqında təqdimatlar keçirilib
Təlimin ilk günündə açılış və salamlama nitqindən sonra Jivaskala Universitetində elektron tədris və təlim prosesinin vəziyyəti, bu sahədə əldə olunmuş nailiyyətlər və imkanlar haqqında təqdimatlar nümayiş olunub, müzakirələr aparılıb. 
Sonra həmin universitetin əməkdaşları tərəfindən “Moodle” sisteminə giriş, müəllimlərin tədris prosesində texnologiyadan istifadə bacarıqları, təhsil ixracı ilə bağlı təcrübələr haqqında təqdimatlar olub və müzakirələr keçirilib. Bununla yanaşı, görüşün ikinci günündə ispaniyalı kooordinatorun rəhbərliyi ilə sözügedən layihənin icrası ilə bağlı universitetlərin nümayəndələrinin iştirak etdikləri iclas da keçirilib. Növbəti gün isə “Open access”, verilənlər bazası və informasiyanın axtarışı və ora daxil olma prosesi nümayiş etdirilib. 
Təlimin son iki günündə isə “Moodle” proqramı, ondan onlayn istifadə ilə bağlı seminarlar keçirilib və sonda alınan nəticələr müzakirə olunub. Hər bir tərəfdaş universitetdən olan nümayəndələrə “Moodle” proqramının tətbiqi ilə bağlı strateji planlaşdırmanın aparılması və izah edilməsi üzrə verilmiş tapşırıqla bağlı qrup işi həyata keçirilib və təmsilçilər, o cümlədən ADPU-nun nümayəndələri müəyyən təqdimat hazırlayaraq təqdim ediblər. 
Görüş çərçivəsində finlandiyalı nümayəndələr və bələdçi tərəfindən universitet şəhərciyində gəzinti təşkil olunub, görüş iştirakçıları Jivaskala Universitetinin Yuvasyarve gölünün sahilində yerləşən yeni tədris binaları, kitabxanası ilə, eləcə də 1863-cü ildən fəaliyyətə başlamış Jivaskala Müəllimlər Seminariyanının binasında universitetin tarixinin nümayiş etdirildiyi Pedaqoji Muzeylə tanış olublar. 
PETRA layihəsi çərçivəsində Finlandiyanın Jivaskala Universitetində keçirilmiş növbəti görüşün sonunda bütün iştirakçılara, o cümlədən, ADPU-nun nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info