BANM Çin Neft Universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 07.06.2018 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb. BANM-dən bildirilib ki, görüşdə E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və burada tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. Vurğulanıb ki, BANM-də tədris edilən proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası ötən il Azərbaycanda ilin ən nüfuzlu ixtisası seçilib. Hər iki universitetdə tədrisin ingilis dilində aparılması baxımından BANM ilə Çin Neft Universiteti arasında tələbə mübadilə proqramı həyata keçirilə bilər.
Çin Neft Universitetinin vitse-prezidenti, professor Dong Zhaoxia BANM-in rektorunu təmsil etdiyi ali təhsil ocağının 65 ilik yubileyi münasibətilə sentyabrın 22-də ölkəsində keçiriləcək Energetika Universitetləri Rektorlarının Forumuna dəvət edib. O, Çin Neft Universitetinin BANM ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. D.Zhaoxia deyib: “İki ali təhsil ocağı arasında tələbə mübadilə proqramlarının reallaşdırılması, neft-qaz sektoru üzrə təhsil alan çinli tələbələrin Azərbaycanda istehsalat təcrübəsi keçmələri əsas prioritetləriməzdəndir”.
Görüşdə, həmçinin BANM-in iki tələbəsinin Çin Neft Universitetində, iki çinli tələbənin isə BANM-də təhsilini davam etdirməsi, ali təhsil ocaqları arasında bu ilin sentyabrında əməkdaşlıq haqqında müqavilənin imzalanması qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info